Bakı
0° C
Şuşa
0° C

100 il əvvəl QARABAĞ necə azad olundu – Xosrov bəy Sultanovu bir daha tanıyaq

Ətraflı

Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI

Ətraflı

Əgər biz doğrudan da onların qədrini biliriksə…

Ətraflı

26 illik özünüaldatma günlərinin nəticəsi – Şuşada yenə erməni “prezident” seçildi…

Ətraflı

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

 

Modern.az xəbər verir ki, Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

 

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.
Firudin Qurbanov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunub. Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

 

Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq gənclərdə dövlət rəmzlərinə, bayrağımıza olan sevgi və ehtiramın daha da artmasına töhfə verdiyini deyib.

 

Çıxış edən millət vəkili Aydın Mirzəzadə öz növbəsində qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.


“N” saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.


Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub. 

 

Yürüşdən sonra Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi kollecinin kollektivi ilə görüşüb, müəllim və tələbə heyəti ilə söhbət aparıb.

 

Sonra “N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 02.04.2020, 0:58

Ordumuzun Aprel zəfərindən 4 il ötür

• 02.04.2020, 0:52

Kəlbəcərin işğalının 27 ili tamam olur

• 01.04.2020, 22:21

100 il əvvəl QARABAĞ necə azad olundu – Xosrov bəy Sultanovu bir daha tanıyaq

• 01.04.2020, 16:12

“Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq” –Almaniya XİN

• 01.04.2020, 15:43

Ermənistan cəbhədə növbəti təxribata əl atdı

• 01.04.2020, 15:39

Ermənistanda qazın qiyməti 36% bahalaşır

• 01.04.2020, 15:36

Dövlət kimə nə qədər PUL VERƏCƏK? – Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI

• 01.04.2020, 14:41

Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu – RƏSMİ

• 01.04.2020, 13:46

Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI

• 01.04.2020, 13:39

Azərbaycanda işığa qoyulan limit artırılır – RƏSMİ

• 01.04.2020, 13:26

Əgər biz doğrudan da onların qədrini biliriksə…

• 01.04.2020, 13:15

“Bizi nə gözləyir, sonumuz nə olacaq” sualı… – Mehrban Əliyeva

• 01.04.2020, 13:13

Ermənistanda koronaya yoluxanların sayı 600-ə çatır

• 01.04.2020, 11:32

26 illik özünüaldatma günlərinin nəticəsi – Şuşada yenə erməni “prezident” seçildi…

• 01.04.2020, 11:03

Düşmən snayperləri mövqelərimizi nişan aldı

• 01.04.2020, 1:25

İtaliya Dağlıq Qarabağdakı qondarma “seçkilər”i tanımır

• 01.04.2020, 1:22

“Dağlıq Qarabağdakı qondarma “seçkilər”i tanımırıq” – Gürcüstan XİN

• 01.04.2020, 1:16

NATO-dan Qarabağdakı seçkilərə – Reaksiya

• 01.04.2020, 0:36

Evdə idmanla məşğul olun, televizora baxın, kitab oxuyun…

• 31.03.2020, 22:58

Teymur Rəcəbov və Rauf Məmmədov Levon Aronyana başsağlığı veriblər

• 31.03.2020, 22:33

QHT-lər koronavirusla mübarizədə hansı dəstəyi verə bilərlər?

• 31.03.2020, 21:07

İƏT qondarma “seçkiləri” tanımır

• 31.03.2020, 20:10

Ermənilər Azərbaycan ordusu ilə Qarabağdakı təmas xəttinə yeni silahlar yerləşdirəcək…

• 31.03.2020, 20:09

Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı

• 31.03.2020, 19:57

Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır – BƏYANAT

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123
45678910
11121314151617
18192021222324
252627282930