“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi…

Ətraflı

Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik…

Ətraflı

Beriya erməni birinci katibi niyə güllələdi?

Ətraflı

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

Ətraflı

Dünyanın bozarmış, neft çirkabına bulaşmış Orta Şərq siyasəti

Əkrəm Bəydəmirli

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu fikirləri ABŞ-ın prezidenti  Donald Tramp deyib. Əslində bu çox ciddi mətləblərdən xəbər verir.  Belə siyasəti həyata keçirənləri heç vaxt insan taleyi, insan hüquqları, ədalətli siyasi yanaşma maraqlandırmır. Onları yalnız geostrateji planda Orta Şərqin zəngin neft ehtiyatları, yeni yataqların tapılması, müasir silah arsenalının sınaqdan keçirilməsi və orada yerləşdirilməsi düşündürür. On min kilometr uzaqdan, okeanın o tayından bu regiona demokratiya, sabitlik yapmağa gələn, bu, şəxslər görəsən, nə zaman anlayacaqlar ki, belə addımlar sivil siyasətin, sivil yaşam tərzinin tənəzzülünə gətirib çıxarır.

 

 

Ötən günlərdə  Suriyada Türkiyə ilə həmsərhəd ərazilərdə qaçqınlar üçün salınmış çadır şəhərciyindəki acınacaqlı vəziyyəti telekanallar vasitəsilə  müşahidə etdim.

Heç bir normal insan oradakı humanitar fəlakətə etinasız yanaşa bilməz. Leysan yağışdan sonra su basmış çadırlarda əziyyət çəkən minlərlə dinc insanın taleyi təbii ki, Tramp kimiləri düşündürmür. Dünyaya yalnız biznes maraqları çərçivəsindən yanaşan belə ölkələrin Orta Şərqə hər  hansı sülh, təhlükəsizlik gətirəcəyi mümkünsüzdür.

 

Bozarmış, neft çirkabına bulaşmış dünya siyasəti çox təhlükəli mərhələyə daxil olaraq  yeni təlatümlərə yol açır. Əvvəllər “imperalist” ifadəsi daha çox işlənirdi. Xüsusilə sovet dönəmində  bu söz mətbuat səhifələrini bəzəyirdi. Sonradan həmin ifadə  leksiondan çıxarılmağa başlandı.  Əslində bu gün bəzi dövlətlər imperiya maraqlarından çıxış edərək Orta Şərqi barıt çəlləyinə, dinc insanların ölüm düşərgəsinə döndəriblər.

 

Yalnız Türkiyə regionda ədalətli sülhün bərqərar olmasına,  qaçqın düşən minlərlə insanın öz torpağına qayıdaraq sakit yaşamasına çalışır. Digər super güclərin məqsədi isə tamamilə başqadır. Ədalətsiziyə müqavimət göstərdiyinə, hər zaman güclünün deyil, əzilənin, ədalətlinin yanında olduğuna görə, Türkiyə mütəmadi olaraq təzyiqlərlə üz-üzə qalır. Türkiyəni cəzalandırmaq üçün müxtəlif oyunlar gedir. Xüsusilə, erməni kartı, qondarma erməni  “soyqırımı” məsələsi  alət kimi istifadə olunur.

 

Şərqdə gedən bu proseslərə etinasız yanaşmaq mümkün deyil. Geopolitik maraqlara,  regionun sərvətlərinin yenidən bölüşdürülməsinə  xidmət edən digər layihə, oxşar ssenarilər bu gün Suriyada  və başqa ölkələrdə davam edir.

Dünyanın ən zəngin neft ölkələrindən olan İraq, Liviya bu fəlakətlərdən  qaça bilmədi. Suriya da oxşar aqibətlə daha qorxulu şəkildə üzləşib.

 

 

Demokratiyanın, beynəlxalq hüququn super güclərin əlində dəyənəyə çevirilməsi  fəlakətdir. Bu fəlakətdən və  yaranmış fürsətdən istifadə edib dünyanın iqtisadi xəritəsinin yenidən çəkilməsinə,  Orta Şərqdə zəngin resursların bölüşdürülməsinə can atmaq  regionda münaqişlərin hələ uzun müddət uzanacağına işarədir. Belə ədalətsiz münasibət hər zaman separatizmin  genişlənməsinə stimul verir. Bütün bunlara dünyanın gələcək taleyinin konteksində yanaşmaq lazımdır.

 

Orta Şərqin, müsəlman dünyasının  belə duruma düşməsinin səbəbləri təbii ki, çoxdur.  Bu regionun neft-qaz resursları ilə zəngin olması,  yerləşdiyi coğrafi ərazi,  münbit şərait, həmin ölkələrdəki cəmiyyətlərin dünyanın inkişaf tendensiyaları ilə ayaqlaşa bilməməsi, dini faktorlar  və digər  sadalamadığımız səbəblər var. Lakin zamanında dünyanın gedişatına uyğun ərəb ölkələrində  islahatlar həyata keçirilsəydi  indiki kimi cəmiyyətin nizam-intizamı pozulmazdı.

 

Əslində Şərqin, xüsusilə, müsəlman cəmiyyətinin əsas problemi islami dəyərlərdən  uzaq düşməsidir. İslami dəyərlərdən uzaq düşmək, islahatların davamlı xarakter almaması, cəmiyyətdə sıxılmış enerjinin yaranması, müsəlman  ölkələri arasında həmrəyliyin olmaması, xarici təhdidlərin nəzərə alınmaması və s. faktorlar Orta Şərqi  təlatümlərə yuvarlatdı. Nəticə göz qabağındadır.  Bu təlatümlərdən əziyyət çəkənlər isə bütünlükdə müsəlman dünyası, minlərlə, milyonlarla sadə insanlar oldu.

 

Biz Azərbaycan vətəndaşı olaraq  Şərqdə və ümumilikdə, dünyada gedən prosesləri, dağdıcı ssenariləri izləyirik. Hadisələri izləməklə bərabər nəticə çıxarmalıyıq. Təbii ki, Azərbaycanda mövcud olan sabitlik  bizim hər birimiz üçün  önəmlidir və bu sabitliyə  vətəndaş olaraq öz töhfəmizi verməliyik.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.11.2019, 16:59

“Erməniyə heç vaxt arxanızı çevirməyin…”

• 22.11.2019, 16:56

“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi…

• 22.11.2019, 16:54

Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik…

• 22.11.2019, 16:19

Serj Sarkisyanın axtarışda olan “xaç oğlu” Rusiyada tutuldu

• 22.11.2019, 15:51

Beriya erməni birinci katibi niyə güllələdi?

• 22.11.2019, 15:46

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

• 22.11.2019, 15:45

Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək

• 22.11.2019, 15:28

İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” – Türk pomidorunun ümidinə qalan ermənilər…

• 22.11.2019, 14:37

Millət vəkili: Ermənistanlı deputat tərəfindən Qarabağın “Artsax” adlandırılması qaçqın və köçkünlərimizə hörmətsizlikdir

• 22.11.2019, 14:28

Türkiyədə “Erməni-nasizm əməkdaşlığı” mövzusunda tədbir keçirilib (FOTO)

• 22.11.2019, 14:22

Qobuda 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib (FOTO)

• 22.11.2019, 14:18

Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi

• 22.11.2019, 14:09

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib (FOTO)

• 22.11.2019, 9:52

Ermənilər atəşkəsi snayper tüfəngləri ilə pozdu – 21 dəfə

• 21.11.2019, 17:22

Cümhuriyyətin naziri bolşevik Şaumyanı necə xilas etmək istəyib? – İnqilabçı qadının xatirəsi

• 21.11.2019, 17:12

Rusiya Federasiya Şurasının sədri: “Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir”

• 21.11.2019, 16:26

Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? – STATİSTİKA

• 21.11.2019, 15:13

Kreml Paşinyana yeni rəqib formalaşdırır

• 21.11.2019, 14:16

Rusiyalı politoloq: “Bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam”

• 21.11.2019, 14:11

Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI

• 21.11.2019, 13:39

“İstəyirəm ki, mesajım Bakıda təkrar eşidilsin!..” – Serjikdən növbəti həyasızlıq…

• 21.11.2019, 13:32

“Qarabağ”ın futbolçusu daha 4 ölkədən təklif aldı

• 21.11.2019, 13:15

Rəsmi Moskva “Dağlıq Qarabağ Respublikası”nı tanımır – rusiyalı həmsədr

• 21.11.2019, 13:07

Paşinyandan Bakıya təklif və acı etiraf: “Münaqişə çözülmədən…”

• 21.11.2019, 12:08

L’Opinione qəzeti: “Ermənistan: mövcud olmayan demokratiya”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930