Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

Ətraflı

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

Ətraflı

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

Ətraflı

ABŞ-ın Ermənistandakı səfiri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Ətraflı

Mitinq niyə təxirə salındı… – Əli Həsənovun şərhi

Axar.az Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Feysbuk səhifəsində yazdığı yazısını təqdim edib:

Əziz oxucular! Bildiyiniz kimi bir qrup radikal düşüncəli insanın toplaşdığı “Milli Şura” adlandıran qurum noyabrın 2-də Bakı şəhərinin mərkəzində qanunsuz mitinq keçirmək iddiasından daşındığını bəyan edib. Qurumun funksionerləri ard-arda açıqlama verərək, niyə mitinq etmədikləri (əslində, edə bilmədikləri) barədə müxtəlif versiyalar səsləndirirlər: “guya Azərbaycan hakimiyyəti müəyyən təxribatlara əl atacaqmış”, “hansısa cinsi azlıqların mitinq meydanına gətirilmə ehtimalı varmiş”, “Gəncə hadisələri təkrarlana bilərmiş”, “radikal islamçı qruplar məqsədli şəkildə ön plana çıxarıla bilərmiş” və s.

Anadolu türklərində gözəl bir deyim var: “Üzrü qəbahətindən betər olanlar”. Azərbaycan dövlətinin ünvanına və onu təmsil edən iqtidarın əleyhinə uzun müddətdir həqiqətə uyğun olmayan “ciddi fakt”lar uyduraraq, xarici aləmdə xalqımızı aşağılayan, daxildə isə vətəndaşları riyakarcasına aldadaraq qanunsuz aksiyalara səsləyən bu anti-milli şura, indi də eyni riyakarlıqla mitinqi niyə təxirə salmaları haqqında qondarma səbəblər uydurmağa çalışır. Çox ümid edirəm ki, bu qurumun hansısa bir funksioneri özündə cəsarət tapıb mitinqin baş tutmamasının əsl səbəbini – radikal müxalifətin Azərbaycan xalqı tərəfindən tam boykot edildiyini açıq etiraf edəcək. Zamanında etiraf etmək insanı alçaltmaz, əksinə, ucaldar deyib müdriklərimiz…

2 noyabr ətrafında cərəyan edən hadisələr hazırda bir sual ortaya çıxarıb: görəsən, Azərbaycanda hazırda hər hansı mitinq, yaxud etiraz aksiyası keçirmək, xüsusən də radikal müxalifətin qeyri-sağlam məqsədlər üçün israrla təşkil etmək istədiyi qeyri-qanuni mitinqlər cəmiyyətin tələbatından doğur, yoxsa təşkilatçıların siyasi mövcudluğunun göstəricisidir, xarici anti-Azərbaycan qüvvələrlə onların əlaqələri üçün vasitədir və şəxsi maliyyə ehtiyaclarının ödənməsi mənbəyidir?

Üzümü radikal müxalifətin təmsil olunduğu “Milli Şura” adlanan qurum və AXCP rəhbərlərinin qeyri-real vədlərlə aldadaraq, öz şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün irəli verdiyi azsaylı Azərbaycan vətəndaşlarına tuturam: əziz vətəndaşlar, məgər sizə aydın deyilmi ki, AXCP və “Milli Şuraya” rəhbərlik edən bu şəxslər öz çirkin ambisiyalıarını reallaşdırmaq üçün sizi fəlakətə sürükləyir? Məgər siz fəqrində deyilmisiniz ki, bir ayağı burda, bir ayağı xaricdəki anti-Azərbaycan mərkəzlərinin qapısında olan, xarici ölkələrin səfirliklərində özlərinə düşərgə salan bu insanlar sizdən öz “qarşılıqlı-faydalı” ittifaqları naminə vasitə kimi istifadə edirlər?

Üzümü bir daha bu anti-milli ünsürlərin şirin vədlərinə uyan, xaricdəki məkrli mənfəət qruplarının təsirinə düşən, öz dövləti ilə zor dilində danışmaq xülyasına qapılan, təcrübəsizliyi, məhdud dünyagörüşü səbəbindən reallıq duyğusunu itirən azsaylı vətəndaşlarımıza tutaraq bildirmək istəyirəm ki, əziz dostlar, sizin bütün problemləriniz – bizim, Azərbaycan dövlətini təmsil edən mövcud iqtidarın problemləridir. Hörmətli cənab Prezident İlham Əliyev xalqımızın sosial-iqtisadi vəziyyətinin, maddi rifah halının daim yüksəlməsi, Qarabağ probleminin ədalətli həlli, ölkəmizin inkişafı, tərəqqisi, müasirləşməsi, dünyada söz sahibi olması üçün gecəli-gündüzlü yorulmadan çalışır. O, öz çıxışlarında vətəndaşları dəfələlərlə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal olmağa səsləyib. Cənab Prezidentin bütün çıxışlarında “vətəndaş fəallığı” qırmızı xətlə keçir. Azərbaycan dövləti və hakimiyyəti vətəndaşlara heç bir siyasi ayrıseçkilik qoymur. Bizim üçün iqtidar, müxalifət, bitərəf ayrımı yoxdur.

Odur ki, gəlin problemlərimizi birlikdə, qanunlarımıza hörmətlə yanaşaraq, danışaraq, məsləhətləşərək, dilaoqla həll edək. Biz hər bir sosial qrupu, ayrı-ayrı vətəndaşları dinləməyə, məsələlərin birgə həllini, çıxış yollarını aramağa hazırıq. İflasa uğramış radikal müxalifət xaricdən qrantlar almaq, öz mövcudluğunu davam etdirmək üçün sadə insanlardan, xüsusilə də, gənclərdən sipər kimi istifadə edir. Bu mitinqlər də radikal müxalifətin cılız, merkantil maraqlarına xidmət edir. Kim bu ölkədə dəyişiklik, yenilik, islahat, firavanlıq, öz sosial problemlərinin həllini istəyirsə, bu istəyin tək bir ünvanı varsa, o da ölkə başçısı və onun hakimiyyət komandasıdır.

Bir də üzümü öz ambisiyalarına görə Azərbaycan vətəndaşlarını anti-dövlət fəaliyyətinə sövq edən radikal müxalifət dairələrinə tuturam: insanlar yanlış yoldan, qanunsuz hərəkətlərdən, qarşıdurmadan, öz xalqı, ölkəsi, dövləti əleyhinə işlərdən, cəmiyyətdəki dincliyi, asasyişi, sabitliyi pozmaq niyyətlərindən nə qədər tez əl çəksə, bir o qədər yaxşıdır. “Milli Şura”nın rəhbərliyində və tərkibində olanlar bilməlidirlər ki, belə radikal hərəkətlərlə Azərbaycanda heç nəyə nail olmaq, ölkəni ötən yüzilin 90-cı illərinin əvvəlinə qaytarmaq, vətəndaşlarımızı, yeni nəsil gənclərimizi yanlış yola sürükləmək artıq mümkün deyil.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.11.2019, 14:35

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

• 12.11.2019, 10:19

Cəbhədə atəşkəsi snayperlər pozdu – 23 dəfə

• 12.11.2019, 10:14

Fərhad Abdullayev: Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub

• 08.11.2019, 11:21

Baş prokuror Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək

• 08.11.2019, 11:20

DSX rəisi və Hərbi prokuror Ermənistanla dövlət sər­hə­dində olub (FOTO)

• 08.11.2019, 11:19

Bayrağımız – milli qürur mənbəyimiz

• 08.11.2019, 10:06

Atəşkəs 21 dəfə pozulub

• 07.11.2019, 17:12

Fuad Muradov: “Biz məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik”

• 07.11.2019, 17:01

Yerevanda ölmüş hərbçilərin anaları etiraz aksiyası keçirdi

• 07.11.2019, 15:10

Koçaryan yenə həbsdə qaldı

• 07.11.2019, 15:09

Paşinyan 15 ayda 10-cu dəfə Rusiyaya gedir

• 07.11.2019, 15:07

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

• 07.11.2019, 15:04

Azərbaycanla bağlı VIII əsrə aid şok sənəd

• 07.11.2019, 14:19

Ermənistanın məhvi planı işə düşdü – Prezidentin keçmiş köməkçisi 10 il öncə hazırlanan PLANI AÇDI

• 07.11.2019, 13:18

ABŞ Paşinyana əvəz axtarır – Qarabağ da gündəmdə

• 07.11.2019, 13:15

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib

• 07.11.2019, 13:10

Ermənilər gedir, hindistanlılar gəlir – Ermənistanda milli tərkib sürətlə dəyişir

• 07.11.2019, 9:45

Atəşkəs 23 dəfə pozuldu

• 06.11.2019, 18:01

Azərbaycan Rusiyaya etiraz notası göndərdi

• 06.11.2019, 16:55

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

• 06.11.2019, 16:40

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

• 06.11.2019, 15:08

Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb

• 06.11.2019, 14:16

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

• 06.11.2019, 14:08

Tramp administrasiyası “erməni soyqırımı”nın tanınmasına qarşı çıxdı

• 06.11.2019, 14:02

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930