Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

Ətraflı

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

Ətraflı

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

Ətraflı

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

Ətraflı

Mən necə zəngilanlıyam ki, Zəngilansızam

Əvvəl uçurdum, indi qanadlarımı qırıblar

Torpaqlar işğal olunandan bütün vətənpərvər şeirlər, mahnılar məndə ikrah hissi oyadır. Onları dinləyə bilmirəm. “Könlüm keçir” ifadəsində yazıq insanın ah-naləsi var. Ancaq yazıq adamlar özləri gedə bilmədikləri yerə könüllərini göndərərlər. Bizə azərbaycanlı olaraq yazıqlıq yaraşmır. Könlümdə təkcə Zəngilan yox, bütün Qarabağ var. Şuşanı, Laçını, Ağdamı və başqa işğalda olan əksər yerlərimizi görməmişəm. Ancaq desələr ki, Zəngilanı qaytaraq, Şuşa qalsın, heç vaxt razılaşmaram. Bəli, Zəngilanda doğulmuşam. Orada cəmi 5 il yaşamışam. Sonra valideynlərimlə Bakıya köçmüşük. Rayon işğal olunana qədər hər yay tətilində nənəmgilə gedirdim. Gedirdim bir az zəif səslənir, uçurdum. Onda özüm uçurdum, qanadlarım da vardı, indi xəyallarım uçur, qanadlarımı qırıblar.

Zəngilan barəsində danışmağa utanıram

Rayonun özündə doğulmuşam – Lenin küçəsində. Zəngilanın mərkəzi küçəsi idi. Raykomdan tutmuş əksər inzibati binalar o küçədə yerləşirdi. Zəngilanın adının mənası barədə bir neçə versiya var, onlardan biri zəngin ilanları olan yer mənasındadır. Sözün düzü, mən orada bir dəfə də olsun ilan görmədim. Adamları çox istiqanlı, həm də kasıb idi. Rayon əhalisi daha çox pambıq və üzümçülüklə dolanırdı. Demək olar ki, hamının çörəyi fəhləlikdən çıxırdı. Məşhur yerləri vardı Zəngilanın. "Çinarlıq" meşəsi Avropada birinci, dünyada ikinci yerdə idi. Danışırlar ki, SSRİ Nazirlər Kabinetinin yerləşdiyi binadakı kabinetlərdən birinin qapısının çərçivəsi sınır. Moskva Bakıya, Bakı Zəngilana xahiş məktubu yazır ki, icazə versinlər "Çinarlıq" meşəsindəki ağaclardan birindən budaq kəsilib çərçivə düzəldilsin. Dəhşətdi, indi o meşə bütünlüklə bizdən alınıb, Ermənistana verilib. Moskvasa göz yaşlarına inanmır. Qotur suyu var idı Zəngilanda. Orada bir dəfə çimənin daha  heç vaxt dəri xəstəliyi olmurdu. Vallah Zəngilan, ümumiyyətlə işğalda olan torpaqlar barəsində danışmağa utanıram. Bizə ayıbdır, həm də çox ayıbdır. Mən necə zəngilanlıyam ki, zəngilansızam…

Ancaq pul, pul, pul…

Daha çox yay yadımdadı. Qışını görəndə uşaq idim. Ancaq bildiyim qədər sərt keçmirdi. Yayında isə istilik, məsələn, İsmayıllı ilə nisbətdə çox idi. Xüsusi adətləri deyəsən yox idi. Toyları iki gün olurdu, məncə bütün rayonlarımızda belədi. Novruz bayramlarını da ənənəvi keçirirdilər. Kosa “pul-pul, mul-mul” deyə-deyə həyətləri gəzirdi. Hələ də təəccüblənirəm ki, niyə axı pul yığırdı, niyə axı ona pul verirdik? Yumurta, qoğal, şəkərbura istəmirdi, ancaq pul, pul, pul…”

İki mərtəbəli evi çay daşlarından nənəm tikmişdi

Babamgilin evi iki mərtəbəliydi. Zəngilanda iki mərtəbəli ev az idi. Deyirdilər, üç mərtəbə tikmək ümumiyyətlə düzgün deyil, torpaq yumuşaqdı, ev uça bilər. Ancaq işğala bir neçə il qalmış əmim 3 mərtəbəli ev tikdirdi. Və qaldı ermənilərə. Babamgilin evini nənəmlə babam tikmişdi, çay daşlarından. Babam daş verib, nənəm hörüb. Gopa bənzəyir, eləmi? Amma həqiqətdir. Daşları çaydan əmilərim, bibilərim daşıyıb. 4 bibim və 3 əmim hamısı ali savad aldı. Atamın qəbul imtahanındakı cavablarını radio bütün ölkəyə yayımlamışdı. Cəmi 6 ay müəllim işləyib, sonrakı həyatı fəhləliklə qol-boyun olub.

Kasıb yaşayırdılar. Babam Böyük Vətən Müharibəsi əlili idi. Əl və ayaq barmaqlarını don vurmuşdu. Zəngilandan danışanda daha çox bir süfrə arxasında çörək yediyimizi xatırlayıram. Hamı yerdə bardaş qurub oturardı, babamdan başqa. O, stolun başında tək otururdu. Əvvəl-əvvəl mənə də stolda oturmağa icazə verdilər, qonaq idim ona görə, sonra gördüm qara qarğaya oxşayıram, düşdüm yerə”.

İndi min arzumuz var, biri də həyata keçmir

Uşaqlığımın hissələri arasında Zəngilanın xüsusi yeri var. Oxçu çayında çimmək hər günümüzün arzusu idi. Çaydan qayıdanda çubuqla döyüləcəyimizi bildiyimiz halda yenə gedirdik. Nənəm barmağı ilə qolumuzda cız açırdı, bununla çayda çimib-çimmədiyimizi yoxlayırdı. Çimmişdiksə, qolumuza lilin xətti düşürdü. Vəssalam, bir-iki çubuq yeyəndən sonra yatmağa yollanırdıq. Qəribədir, bu gündən baxanda o günlərdə nə qədər xoşbəxt olduğumuzu görürəm. Ən böyük arzumuz “somakat” düzəltmək, bilyard oynamaq, çayda çimmək idi. Hamısını da həyata keçirirdik. Üç arzunun üçünə də çatırdıq. İndi min arzumuz var, biri də həyata keçmir.

Yəni yurd bu deməkmiş?.. Axı arzu gələcək deməkdir. Yəni insanın bütün gələcəyi yurduna bağlıymış?.. Ora yoxdusa, arzu-gələcək də yoxmuş?.. Bilmirəm…bilmirəm…

Hər məni görəndə soruşur…

Xatirələrim çox azdı. Hər gün də yoxa çıxırlar. Nənəm dünyasını dəyişib. Çox işlək qadın idi. Raykomda xadimə işləyirdi. Tezdən 5-də oyanır, mal-qaranı örüşə yola salır, övladlarının və nəvələrinin səhər yeməyini verib, raykoma, katibin ayaqlarını qoyacağı pillələri süpürməyə yollanırdı. Hələ də elə düşünürəm ki, bütün katibləri vəzifəyə nənələr gətirib, ayaqlarının altını süpürə-süpürə. Axşam düşdümü, nənəm hasar kənarlarından ot-ələf yığmağa başlayırdı, inəkləri qarşılayırdı, sularını verib, yerlərinə bağlayırdı. Otu yığırdı, maşına yükləyirdi, boşaldırdı, sərirdi, qurudurdu, kipə vurub, dama yığırdı. Ardınca gecə. Sərirdi, qurudurdu, yığırdı. Pəyəyə mal təzəyi yapışdırıb, qurudurdu. Mən o arvadı heç vaxt oturan görmədim. Zəngilan işğal olunanda nə babam, nə də nənəm rayondan çıxmırmış. Kiçik əmim döyüşdən gəlib onları güclə İranla sərhəddə qədər gətirə bilib. Deyib getməsəz özümü öldürəcəm. Nənəm hələ də ala dananın səsini eşidir. Hər məni görəndə soruşur: “Sən eşitmirsən?”

Sümuzər idi. Elə adı da, elə özü də. 80 il yaşadı. Ölmürdü, Zəngilan qəbiristanlığının həsrətini çəkirdi. Hər şeyin düzünü Allah bilir. Nənəmin o günü görməyəcəyini düşünüb, xəstəlik verdi arvada. O pis xəstəliyə qoşulub, bizi Zəngilansız dünyada qoyub getdi.

Bütün zəngilanlılar başqa məxluqlara çevrilib

Sizə desəm ki, valideynlərim Zəngilanla bağlı bir dənə də olsun xatirə danışmayıb, inanmazsınız. Atam oralıdır, anam Bakılı. Anam Zəngilanda cəmi 5 il yaşayıb, atam isə rayonu barədə ancaq susur. Hərdən internetdə oraların görüntülərinə baxır. Ermənilərin rayonda at oynatdıqlarını göstərən şəkillərə, videolara tamaşa edir. Çox təəccüblənirəm, bu kişinin üzündə heç bir ifadə yaranmır – nə hikkə, nə təəssüf. Eləcə donub qalır. Təəsüratını soruşuram, lal adamlar kimi üzümə baxır. Görünür inana bilmir ki, daha Zəngilan yoxdur. Görünür inana bilmir ki, Zəngilandan sonra o var. Bəlkə də bütün zəngilanlılar çoxdan yoxa çıxıb, onların əvəzinə başqa məxluqlar peyda olublar. Bütün zəngilanlılar başqa məxluqlara çevrilib. Bəli, mənim atam kimi.

Qol götürüb oyanamaq bizi əbədi zəngilansızlaşdırdı

Zəngilanı heç vaxt yuxuda görməmişəm. Əminəm ki, görməyəcəm də. Şüuraltındakı inforamasiyadı adamın yuxularına qonaq gələn. Zəngilanı nəinki şüuraltına yerləşdirdik, hətta oradan çıxardıq. Çalmaq, oxumaq, işğal tarixlərində qol götürüb oynamaq bizi əbədi zəngilansızlaşdırdı. Yeni dərsliklər yaranmalıydı. Dünya tarixindən daha çox bizə Qubadlının, Laçının, Zəngilanın tarixi vacib olmalıydı. Tarix dərslərində işğalda olan hər rayon barəsində geniş tarixi bilgilər verilməliydi. Zəngilanın özündən əvvəl onun tarixini itirdik. Hətta yuxuma girəcək bir elementi də qalmadı.

…Gecəni də orada ölüm

Bilirəm ki, nə vaxtsa Zəngilanı qaytaracaqlar. 7 rayon onsuz da qaytarılmaq üçün alınıb. İlk getdiyim yer Oxçu çayı olacaq. Gecəni də orda qalacam. Xoşbəxt onda olaram ki, gecəni də orda ölüm. Hərə bir yerdə mütləq öləcək. Kaş bütün zəngilanlılar, Oxçu çayının kənarındakı daşların üstündə ölsün. Eləcə uzansın, başını daşa qoyub ömürünü sona çatdırsın. Əlbəttə, Allahın verdiyi ömrü tam və ləyaqətlə yaşayandan sonra.

20 il yataq xəstəsi oldu, sonra öldü

Bakıda hərbi xidmətdə idim. Radiodan eşitdim ki, düşmən Zəngilanı da işğal etdi. Evimizlə əlaqə saxladım, hamı bizim Mehdiabaddakı ikiotaqlı evimizə sığınmşdı. Əmim yaralanmışdı. Bibim qaçqın düşərkən qəzaya uğrayıb onurğasını sındırmışdı, 20 il yataq xəstəsi oldu, sonra öldü. Öləndə 45 yaşı vardı. Dünyanın bütün həkimlərinə göstərdilər. Deyirdi, məni Zəngilana aparın, qəzaya düşdüyüm yerə, orada sağalacam, ayağa duracam. Apara bilmədik, özü getdi. Cismi Mehdiabaddakı torpağın altına, ruhu Zəngilana.

Babam da, nənəm də, bibim də bizi xəcalətli qoyub getdilər.

Adamlar döşəmədə bir qarış yerdə yatmışdı

Məzuniyyətə gələndə sözün həqiqi mənasında evə girə bilmədim. Gecə idi, qapını döydüm, atam açdı, daha doğrusu aça bilmədi, azca araladı. 27 nəfərlik ailəyə çevrilmişdik, adamlar döşəmədə bir qarış yerdə yatmışdı. Qapının ağzında yatdıqlarına görə, qapını açmaq mümkün deyildi, gərək oyanaydılar, döşəklər yığışdırılaydı. Lap oyandılar, lap yığışdırıldı, mən girdim içəri. Harada oturacam, gecəni, məzuniyyətdə olduğum gecələri harada yatacam?.. Elə qapının yarımçıq açılmış kənarından atamla hal-əhval tutdum, bir az arxayınlaşdım ki, salamatlıqdı. Geriyə, hərbi hissəyə qayıtdım. Öz məzuniyyətimi başqa bir əsgərə verdim. Onlar qaçqın rayonundan deyildilər. Həmin gündən ancaq geriyə qayıdıram. Bizim yollar tərsinə dönüb.

Bədbəxtliyin əkizləriyik

Atam əsgərliyə gedəndə mən doğulmuşdum. Onu aparmalı deyildilər. İdmanla məşğul olanda yıxılıb qolunu isti çaydandan dağılan su ilə yandırmışdı. Bir qolu, o biri qolundan 2 sm kiçikdir. 2 sm fərq SSRİ ordusunun nüfuzunu aşağı sala bilərmiş. Sonra pullu adamın oğlunun yerinə atamı əsgərliyə çağırıblar. Pul nüfuzu tapdamaq gücündəymiş. Anam çox əziyyət çəkib. 5 yaşım olanda ailəliklə Bakıya köçdük. Hərdən söhbət düşəndə anam deyir, o vaxt mənə qulaq asmasaydınız, 1993-cü ildə siz də zülm çəkəcəydiz.

Səni alqışlaya bilmirəm, ana. 1975-1993. Gör bu müddətdə Zəngilanı nə qədər çox görə bilərdim, havasını uda, suyunu içə bilərdim.  Torpağı işğalda olan uşağın mütləq valideyni günahkardır. İndi mən günahkaram, qızım. Sən də baban kimi, atan kimi Zəngilansızsan. Bədbəxtliyin əkizləriyik.

Ceyhun Musaoğlu

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.11.2019, 17:17

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

• 15.11.2019, 16:17

Müxalifətçi gənc Müsavatı yıxıb-sürüdü: Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız

• 15.11.2019, 15:43

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub (FOTO)

• 15.11.2019, 14:17

Bakı məktəblisi ermənini məğlub etdi, qızıl medal qazandı

• 15.11.2019, 14:09

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

• 15.11.2019, 13:20

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

• 15.11.2019, 13:15

“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır”

• 15.11.2019, 13:13

Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar

• 15.11.2019, 13:06

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

• 15.11.2019, 12:53

Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib

• 15.11.2019, 12:50

Ermənistan özünə uydurduğu tarixin girovluğunda

• 15.11.2019, 12:45

ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana iki bəd xəbər

• 15.11.2019, 10:09

Atəşkəsi iriçaplı pulemyotlar və snayperlər pozdu – 20 dəfə

• 14.11.2019, 16:00

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

• 14.11.2019, 15:31

“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”

• 14.11.2019, 15:24

Dariqa Nazarbayeva Yerevana gəlib

• 14.11.2019, 15:22

UEFA “Qarabağ”a 781 min avro ödədi

• 14.11.2019, 15:17

Paşinyan satanistlərlə bağlı tapşırıq verdi

• 14.11.2019, 15:14

Erməni jurnalistlər Bakıya GƏLİR

• 14.11.2019, 15:09

Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib

• 14.11.2019, 15:07

Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə

• 14.11.2019, 9:52

Atəşkəs 21 dəfə pozuldu

• 13.11.2019, 18:14

ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar

• 13.11.2019, 16:12

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: Onun haqqında nə deyilirdi?

• 13.11.2019, 16:08

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 123456
78910111213
14151617181920
21222324252627
28293031