“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi…

Ətraflı

Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik…

Ətraflı

Beriya erməni birinci katibi niyə güllələdi?

Ətraflı

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

Ətraflı

“Atamın etibarını doğrultdum…”

Rusiyanın “Kommersant” qəzeti yeni layihə başladıb. Virtualaz.org xəbər verir ki, layihədə qəzet öz oxucularını keçmiş sovet respublikalarının liderlərinin sitatları ilə tanış edir-gənclik illəri, şəxsi həyatları, karyeraları və siyasət haqda. İlk buraxılışın qəhrəmanı isə Azərbaycan prezidenti İlham Əliyev olub.

Atası haqda

“Mən çox eşitmişəm: “Onu atası irəli aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı İlham buna nail olmazdı”. Mən bu barədə nə deyə bilərəm? Hər bir ölkədə hakimiyyətdə vərəsəlik çox mühümdür. Ona görə də Heydər Əliyev üçün öz varisi barədə düşünmək təbii idi. Bundan əlavə o, əvvəlcədən öz varisini hazırlayırdı. Mənim atam addımba addım öz siyasi təcrübəsini mənə öyrədirdi, müxtəlif situasiyalarda necə davranmaq barədə danışırdı. (23 dekabr, 2007-ci il, “Azərbaycan” qəzetinin “Mənim universitetlərim” məqaləsindən)

Dağlıq Qarabağ haqda

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an öz doğma torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq. Əminəm ki, bu gün gələcək və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”. (26 iyun, 2019-cu il, Cəmşid Naxçıvanski adına hərbi litseyin kursantları qarşısında çıxışından)

 

Xanımı haqda

“Əliyeva uzun illərdir ictimai-siyasi, mədəni və beynəlxalq fəaliyyətdə mühüm rol oynayır. O, bütövlükdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Məhz bu amilləri əsas götürərək onun Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi haqda qərar qəbul etdim…O, peşəkardır, təcrübəlidir və prinsipial adamdır, insanpərvərdir”. (21 fevral, 2017-ci il, Azərbaycanın birinci vitse-prezidentini Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edərkən)

Avropaya inteqrasiya haqda

“Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək və ya donorların pullarını əldə etmək üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, hansı Avropaya inteqrasiya etməliyik? Bu günkü Avropa gözlərimiz önündədir…Biz ora inteqrasiya etməliyik ki, böhran içindədir?! Ora inteqrasiya etməliyik ki, “müsəlmanlara yox” deyir? Biz o cəmiyyətə inteqrasiya etməliyik ki, qaçqın müsəlmanlara qarşı ikili standartlar tətbiq edir?! Müsəlmanları qəfəsdə saxlayır?! (7 oktyabr, 2016-cı il, hökumətin iclasındakı çıxışından)

Türk dünyası haqda

“Bizim Türkiyə ilə qardaşlıq bağlarımız dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiq edir: bizim aramızda dostluq, qardaşlıq əbədi olacaq, XXI əsr türk əsri olacaq”. (13 noyabr, 2013-cü il, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdəki çıxışından)

SSRİ-nin dağılması haqda

“SSRİ böyük dövlət qismində ancaq düzgün milli siyasət yürütməklə mövcudluğunu saxlayırdı. Lakin 1985-ci ildən sonra SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini dərk etmədilər, ya qəsdən ziyankar addımlar atdılar, bunların arasında separatçıların cəzalandırılmaması da var idi…Qarabağ münaqişəsindən sonra digər toqquşmalar da başladı və bu da ölkənin dağılmasına gətirib çıxardı. Təəsüf ki, bu günə qədər də o (Mixail Qorbaçov) bu  və başqa cinayətlərinə görə məsuliyyətə cəlb olunmayıb”. (10 may, 2017-ci il, Bakıda Heydər Əliyevin anadan olmasına həsr edilən tədbirdəki çıxışından)

Rus dili haqda

“Rus dili bizdə əvvəllər olduğu kimi çox hörmətli, sayılan dildir. Azərbaycan heç vaxt rus dilini özlərinə hücum hədəfi kimi seçənləri dəstəkləməyəcək”. (2 dekabr, 2014-cü il, “Rossiya 24” telekanalına müsahibəsindən)

Müxalifət haqda

“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən adamlar artıq xalqı bezdiriblər…Cəmiyyətə sağlam, konstruktiv və hökumətin diqqətini bu və ya digər məsələlərə cəlb edə bilən, hökumətin ünvanına sağlam tənqid irəli sürən müxalifət lazımdır, polisə daş atan müxalifət deyil”. (5 sentyabr, 2004-cü il, Bakıdakı mətbuat konfransından)

Tənqid haqda

“Freedom House” hesab edir ki, Azərbaycan azad deyil, internet qismən azaddır, son on ildə Azərbaycan Avrasiyada demokratik idarəçilik sahəsində ən geridə qalır. Təsəvvür edirsiniz? Bu, sadəcə olaraq gülməlidir və yəqin ki, heç şərh etməyə də dəyməz. “Freedom House” ermənipərəst mövqeyinə görə və Azərbaycana qarşı hücumlarına görə bizim ölkəmizlə heç bir əlaqəsi olmayan təşkilatdır”. (24 sentyabr, Avropa Şurası-Azərbaycan parlament əməkdaşlığı Komitəsinin nümayəndə heyəti ilə görüşdə)

 

Təhsili haqda

“Məni arayışla qəbul etmişdilər və orada rəsmən göstərilirdi ki, 5 ay sonra mənim 16 yaşım tamam olacaq. Təhsilin llk illəri ən məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyasının birinci katibinin oğlu kimi oxumaq başqa məsələdir, Moskvada, tamam yad mühitdə və üstəlik belə gənc yaşda oxumaq başda. Mən atamın etimadını itirmədim, institutda, daha sonra aspiranturada yaxşı oxudum”. (14 dekabr, 2004-cü il, Mixail Qusmanın “Hakimiyyətin formulu” proqramına müsahibəsindən)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.11.2019, 16:59

“Erməniyə heç vaxt arxanızı çevirməyin…”

• 22.11.2019, 16:56

“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi…

• 22.11.2019, 16:54

Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik…

• 22.11.2019, 16:19

Serj Sarkisyanın axtarışda olan “xaç oğlu” Rusiyada tutuldu

• 22.11.2019, 15:51

Beriya erməni birinci katibi niyə güllələdi?

• 22.11.2019, 15:46

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

• 22.11.2019, 15:45

Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək

• 22.11.2019, 15:28

İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” – Türk pomidorunun ümidinə qalan ermənilər…

• 22.11.2019, 14:37

Millət vəkili: Ermənistanlı deputat tərəfindən Qarabağın “Artsax” adlandırılması qaçqın və köçkünlərimizə hörmətsizlikdir

• 22.11.2019, 14:28

Türkiyədə “Erməni-nasizm əməkdaşlığı” mövzusunda tədbir keçirilib (FOTO)

• 22.11.2019, 14:22

Qobuda 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib (FOTO)

• 22.11.2019, 14:18

Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi

• 22.11.2019, 14:09

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib (FOTO)

• 22.11.2019, 9:52

Ermənilər atəşkəsi snayper tüfəngləri ilə pozdu – 21 dəfə

• 21.11.2019, 17:22

Cümhuriyyətin naziri bolşevik Şaumyanı necə xilas etmək istəyib? – İnqilabçı qadının xatirəsi

• 21.11.2019, 17:12

Rusiya Federasiya Şurasının sədri: “Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir”

• 21.11.2019, 16:26

Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? – STATİSTİKA

• 21.11.2019, 15:13

Kreml Paşinyana yeni rəqib formalaşdırır

• 21.11.2019, 14:16

Rusiyalı politoloq: “Bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam”

• 21.11.2019, 14:11

Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI

• 21.11.2019, 13:39

“İstəyirəm ki, mesajım Bakıda təkrar eşidilsin!..” – Serjikdən növbəti həyasızlıq…

• 21.11.2019, 13:32

“Qarabağ”ın futbolçusu daha 4 ölkədən təklif aldı

• 21.11.2019, 13:15

Rəsmi Moskva “Dağlıq Qarabağ Respublikası”nı tanımır – rusiyalı həmsədr

• 21.11.2019, 13:07

Paşinyandan Bakıya təklif və acı etiraf: “Münaqişə çözülmədən…”

• 21.11.2019, 12:08

L’Opinione qəzeti: “Ermənistan: mövcud olmayan demokratiya”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 123456
78910111213
14151617181920
21222324252627
28293031