PKK–nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Ətraflı

Köçəryanın Türkiyə qorxusu: II Qarabağ savaşı?..

Ətraflı

Sorğu verəcəm: Bu halda erməni səfir qovulmalıdır

Ətraflı

Pula görə təhsilini yarımçıq qoydu, xanımı başqa qadınla evlənməsini istədi…

Ətraflı

1920-91-ci illər arasında ölkəmizə rəhbərlik edən 14 şəxs – tən yarısı güllələnlib

Müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil olduqdan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 birinci katibi olub. Bu vəzifəni daşıyanlar faktiki olaraq respublikanın rəhbərləri sayılıblar. 14 birinci katibdən 5 nəfəri qeyri-azərbaycanlı olub. 5 nəfərdən ikisi isə erməni – Levon Mirzəyan və Ruben Rubenov. 

Qonşu müttəfiq respublikalarla müqayisə etsək, sovet dövründə Ermənistanın Kommunist Partiyasına da 14 nəfər rəhbərlik edib, amma onların 14-ü də milliyətcə erməni olub.

Gürcüstan kommunistlərinin liderlərinin sayı isə 15 nəfərə çatıb və Gürcüstana da yalnız gürcülər rəhbərlik ediblər.
Azərbaycanın 14 birinci katibinin yarısı, 7 nəfəri güllələnib.

1921-1926-cı illərdə Azərbaycanın birinci katibi olan Sergey Kirov sonra Leninqrad vilayət Partiya Komitəsinə rəhbərlik edib. Kirov Leninqradda Smolnıda, kabinetinin qarşısından keçən dəhlizdə güllələnib. Boyun nahiyəsinin arxa hissəsinə dəyən güllə nəticəsində o, yerindəcə ölüb.

Sergey Kirovdan sonra Azərbaycanın birinci katibi olan Ruhulla Axundov bu vəzifədə bir ildən də az işləyib. Ruhulla Axundov həmçinin Mərkəzi Komitədə şöbə müdiri, Bakı Komitəsinin katibi, “Bakinski raboçi” və “Kommunist” qəzetlərinin redaktoru olub. Mircəfər Bağırov hakimiyyətə gələndən sonra ona qarşı düşmən mövqedə olmuş rəhbər işçilərə, o cümlədən Ruhulla Axundova qarşı gizli planlarını həyata keçirməyə başlayıb. 1937-ci il iyunun 8-də “Pravda” qəzetində “Düşmənin hiylələri” adlı məqalə dərc edilərək Ruhulla Axundova qarşı ağır ittihamlar irəli sürülüb. Ruhulla Axundov xalq düşməni kimi güllələnib. Sonradan 1956-ci ildə, Xruşovun hakimiyyəti dövründə ona bəraət verilib.

Azərbaycanın növbəti birinci katibi Levon Mirzəyan respublikaya 1926-1929-cu illərdə rəhbərlik edib. O, sonrakı siyasi fəaliyyətini Ural vilayət Partiya Komitəsində ikinci katib, daha sonra isə Qazaxstanın KP MK-nın birinci katibi kimi davam etdirib. Mərkəzi Komitənin 1937-ci ilin mart plenumunda İosif Stalin Mirzəyanın siyasi fəaliyyətinin yarıtmaz olduğunu qeyd edərək onu kəskin şəkildə tənqid edib. 23 may 1938-ci ildə şəxsən Stalinin göstərişi ilə Mirzəyan həbs olunub. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Levon Mirzəyan ən ağır cəzaya, güllələnməyə məhkum olunub. 26 fevral 1939-cu ildə hökm icra edilib.

Daha bir birinci katib Nikolay Qikalo Azərbaycana düz bir il, 1929-cu ilin avqust ayından 1930-cu ilin avqust ayına qədər rəhbərlik edib. O, bu təyinata qədər Özbəkistanın birinci katibi olub. Azərbaycandan sonra isə Qikalo Belarusiyanın və Xarkov vilayətinin birinci katibi vəzifələrində işləyib. 11 oktybar 1937-ci ildə Qikalo terrorçu qrupların yaradılmasında və casusluqda ittiham olunaraq həbs edilib. 25 aprel 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Nikolay Qikalo ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Elə həmin gün də hökm icra olunub.

Azərbaycanın 5-ci birinci katibi olan Vladimir Polonski 1930-1933-cü illərdə respublikaya rəhbərlik edib. Sonrakı siyasi fəaliyyətini Moskvada davam etdirən Polonski Ümumittifaq Həmkərlar İttifaqının katibi və SSRİ rabitə komissarının (nazirinin) müavini vəzifələrində çalışıb. Polonski 22 iyun 1937-ci ildə əksinqilabi hərəkatda və terror hadisələrinin hazırlanmasında ittiham olunaraq həbs edilib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Polonski haqqında da ən ağır hökmü çıxarıb. Vladimir Polonski 30 oktybar 1937-ci ildə güllələnib.

Ruben Rubenovun (Mkırtçyan) Azərbaycana rəhbərliyi 11 ay çəkib. O, 1933-cü ilin fevral ayından həmin ilin dekabr ayına qədər Azərbaycanın rəhbəri olub. Ruben Rubenov 15 sentyabr 1937-ci ildə trotskiçi fəaliyyətinə görə həbs edilib. Həmin ilin noyabrın 27-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası onun haqqında güllələnmə hökmü çıxarıb və həmin gün hökm icra edilib.

Azərbaycanın 6-cı birinci katibi Mircəfər Bağırov respublikaya 20 il (1933-1953-cü illər) rəhbərlik edib. Siyasi rəhbərlik dövrü kifayət qədər ziddiyyətli və mürəkkəb olan Mircəfər Bağırov 1955-ci ildə həbs edilərək, istintaqa cəlb olunub. Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə Mircəfər Bağırov ən ağır cəzaya, güllələnməyə məhkum edilib və rəsmi məlumata görə, hökm yerinə yetirilib. Qeyd edək ki, Mircəfər Bağırovun məhkəməsində 1953-1981-ci illərdə SSRİ-nin baş prokuroru olmuş Roman Rudenko dövlət ittihamçısı qismində iştirak edib.

Beləliklə, SSRİ-nin mövcud olduğu 70 il ərzində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 birinci katibindən 7-sinin taleyi acı sonluqla bitib.

Sonrakı birinci katiblər, Mir Teymur Yaqubov 1953-1954-cü illərdə, İmam Mustafayev 1954-1959-cu illərdə, Vəli Axundov 1959-1969-cu illərdə, Heydər Əliyev 1969-1982-ci illərdə, Kamran Bağırov 1982-1988-ci illərdə, Əbdürrəhman Vəzirov 1988-1990-cı illərdə, Ayaz Mütəllibov isə 1990-1991-ci illərdə sovet Azərbaycanına rəhbərlik ediblər.

P.S. Növbəti saylarımızda güllələnmiş birinci katiblər haqqında ətraflı yazılar təqdim olunacaq.

İlham Cəmiloğlu, Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 20.09.2020, 11:10

PKK–nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

• 20.09.2020, 11:08

Paris İrəvanı Yaxın Şərqə “qaytarır”

• 20.09.2020, 11:03

Erməni işğalçıları atəşkəsi 30 dəfə pozub

• 20.09.2020, 9:36

Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq

• 19.09.2020, 19:11

Köçəryanın Türkiyə qorxusu: II Qarabağ savaşı?..

• 19.09.2020, 19:01

Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub”

• 19.09.2020, 13:52

Sorğu verəcəm: Bu halda erməni səfir qovulmalıdır

• 19.09.2020, 13:17

Zakir Həsənov komandirləri toplayıb dedi: “Düşmən genişmiqyaslı təxribatlara hazırlaşır”

• 19.09.2020, 11:48

Xankəndinin qanlı sentyabrı: Henrix Poqosyanın “missiyası” və yandıralan şəhər

• 19.09.2020, 11:45

Ermənistanda hakimiyyət böhranı dərinləşir – Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər

• 19.09.2020, 11:27

Daha bir küçəyə Polad Həşimovun adı verildi – FOTOLAR

• 19.09.2020, 11:25

Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-nə hücum ediblər

• 19.09.2020, 11:22

Ermənistanda COVID-19-dan yoluxanların sayı 47 mini ötüb

• 18.09.2020, 16:38

Ümumdünya Statistika Günü

• 18.09.2020, 16:32

2020-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda kənd təsərrüfatının inkişafı haqqında

• 18.09.2020, 15:07

Pula görə təhsilini yarımçıq qoydu, xanımı başqa qadınla evlənməsini istədi…

• 18.09.2020, 14:56

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar… – İrəvanın gizli sənədi ORTAYA ÇIXDI

• 18.09.2020, 14:53

Dağlıq Qarabağla bağlı QIZĞIN MÜZAKİRƏ: Moskvadan ABŞ səfirliyinə ZƏNG EDİLDİ

• 18.09.2020, 14:46

Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”

• 18.09.2020, 14:44

Ermənistanda 239 yeni yoluxma

• 18.09.2020, 14:41

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə “Instagram” da paylaşım etdi

• 17.09.2020, 14:32

Çarukyan Paşinyanı bu cür təhqir etdi

• 17.09.2020, 13:54

Ermənistanda yoluxma kəskin artdı

• 17.09.2020, 13:11

Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb

• 17.09.2020, 12:36

Ermənistanın BMT-də İlham Əliyevin təşəbbüsünü əngəlləməyə yönələn uğursuz cəhdləri

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30