“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

Ətraflı

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

Ətraflı

Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

Ətraflı

İrəvan biosilah hazırlayır – Erməni vəkildən şok

Ətraflı

Paşinyan iki od arasında: komandası “çat” verməyə başladı

Xalqın çiynində hakimiyyətə gələn erməni baş nazir  arxasını polisə söykəyir; inqilab onun başını “yeyəcək”; erməni politoloq: “Eyforiya zamanı keçib…”

Ermənistanda polisin maaşı 20% artırılıb. Bu barədə baş nazir Nikol Paşinyan özünün "facebook" səhifəsində yazıb. Paşinyan bunun həm də özünün vaxtilə verdiyi vədlərdən biri olduğuna işarə vurub. Ancaq bəllidir ki, erməni baş nazirin başqa, qat-qat mühüm və hay-küylü vədləri də olub.

Onlardan biri və birincisi əlbəttə ki, narazı xalqın güzəranının yaxşılaşdırılması, o sırada yeni iş yerlərinin açılması və ölkədən kütləvi köçü səngitməklə bağlı idi. Bu yöndə isə ötən bir ildə heç bir müsbət nəticə qeydə alınmayıb. Paşinyanı öz çiyni üzərində hakimiyyətə gətirən kütlənin dolanışığı ağır olaraq qalır, ölkədən birdəfəlik köçənlər azalmayıb, xarici borclar artıb, Ermənistana ciddi xarici sərmayə cəlb eləmək mümkün olmayıb. Üstəlik, nüfuzlu beynəlxalq maliyyə institutları yaxın illər üçün işğalçı ölkə barədə iqtisad artımla bağlı yalnız mənfi rəy verib.

Yeni hakimiyyət komandası hələ ki Rusiyadan alınan qazın qiymətində də əlverişli anlaşmaya nail ola bilməyib. İlin əvvəlindən mavi yanacaq hər min kub metri 15 dollar bahalaşıb. Ona görə ki, Moskva “iki stul siyasəti” aparan Paşinyanı heç cür “özününkü”, “doğma” saya bilmir. Eyni zamanda hökumətə qarşı ictimai etirazlar böyüyüb.  

*****

 

Məhz bu fonda erməni polisinin maaşının artırılması artıq Paşinyan hökumətinin xalqdan uzaqlaşması və arxasını güc strukturlarına söykənməsi kimi dəyərləndirilə bilər. Məntiqlə də əgər Nikol Paşinyan sadə əhalidən daha çox polisin qeydinə qalırsa, deməli, ən azından, verdiyi əsas vədləri unutmağa və siyasi hakimiyyətin taleyindən, inqilabın nə vaxtsa onun başını “yeyəcəyindən” əndişə keçirməyə başlayıb. Yerli təhlilçilər də Paşinyan hökuməti üçün bədbin sonluqlar “biçməyə” başlayıblar.

“Ermənistanda eyforiya dövrü artıq bitib və Nikolu çox qəliz zaman gözləyir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan Politoloqları Assosiasiyasının prezidenti Amayak Ovabnisyan 1in.am portalına açıqlamasında deyib.

“Əgər adamların vəziyyəti gündən-günə yaxşılaşaydı, əgər vəd olunan iqtisad inqilabı həyata keçirmək mümkün olsaydı və insanlar əmin olsaydılar ki, ölkə düzgün istiqamətdə inkişaf edir, o zaman hökumət əleyhinə təbliğata və narazılıqlara göz yummaq və ya onları gözardı eləmək olardı”, – deyə o bildirib.

Paşinyan ile ilgili görsel sonucu

Beləcə, öz xalqının çiynində hakimiyyətə sahiblənmiş Nikol Paşinyan artıq arxasını xalqa deyil, güc strukturlarına çevirməyə başlayıb. Bu isə istənilən hakimiyyət üçün yaxşı sonluq vəd eləmir. 

“Yadınıza gəlir, inqilabdan  bir neçə gün öncə ”Mariott" otelində son dəfə Serj Sərkisyanla görüşən Nikol Paşnyan ona nə demişdi? Demişdi ki, Serj real situasiyanı və vətəndaşların əhvalını bilmir. Real həyatdan qopmaq və hakimiyyətin hörümçək torunda qapılıb qalmaq hər bir hökuməti hədələyir". Bunu da erməni politoloq Paşinyan komandasının perspektivi barədə danışarkən deyib.

*****

Maraqlıdır ki, bu arada Paşinyanın öz komandasında da “çatlar” qabarıq şəkildə özünü büruzə verməyə başlayıb. Belə ki, N.Paşinyanın parlamentdəki “Mənim addımın” blokunda Ermənistanın mövcud hökumətinin apardığı siyasəti dəstəkləməyənlərin sayı artmaqdadır. Məlumdur ki, bu siyasət daha çox Rusiyaya yaxınlaşmanı imitasiya edir. Təsadüfi deyil ki, bu yaxınlarda parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri, adıçəkilən blokun üzvü Andranik Köçəryan 1998-ci il 27 oktyabr hadisələrini (parlamentin gülləbaran edilməsi – “YM”) Rusiyanın təşkil etdiyini bildirib.

Komanda yoldaşlarının Paşinyandan narazılığı təbii və anlaşılandır. Ona görə ki, bir azdan fiasko olacaq vədlərə görə məsuliyyəti inqilabçı baş nazirlə bölüşmək lazım gələcək. Komandasını “Qərbin uşaqları”ndan təşkil edən Paşinyan isə siyasi konyunktura uyğun olaraq, təhlükəli “ikili oyun” oynamaqda davam edir. Yəni həm Qərbin, həm də Rusiyanın onun əlindən tutmasına çalışır. Bu isə qeyri-mümkündür. Ən əsası, cırtdan Ermənistana hər iki güc mərkəzinin qəzəbinə gəlmək perspektivi vəd edir.

Yəni Nikol Paşinyan indi faktiki şəkildə iki “od” arasında qalmış kimidir. Bu vəziyyətdən qurtuluş yalnız Qarabağ məsələsində Azərbaycanla anlaşma ola bilər ki, o da gözə dəymir…

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

“Rusiya-Ermənistan münasibətləri getdikcə daha da gərginləşir. Paşinyanın blokunda cəmləşən bir çox siyasətçilər Ermənistanın qərbyönümlü siyasət yürütməsini istəyirlər. Buna görə də onlar siyasi rəqiblərinə aid müxtəlif məsələlərdən istifadə edirlər”.

“Yeni Müsavat” xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Axar.az-a açıqlamasında Paşinyan komandası daxilində vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Rusiya ilə Ermənistan arasındakı mövcud böhranın həlli üçün də imkanlar qalmayıb. “Ermənistan-Rusiya əlaqələrində neqativ tendensiyalar o dərəcəyə gəlib çatıb ki, yaranmış böhranı aradan qaldırmaq mümkün deyil. O ki qaldı Rusiyanın ittiham olunmasına, bu, hələlik anti-Rusiya xarakterli bəyanatdır və məqsəd Ermənistanın qərbyönümülü siyasətinin tendensiyalarını gücləndirməkdir. Bu mənada ortaya atılan məsələ mümkün silsilə hadisələrdən, sadəcə, biridir. Paşinyanın komandasının qərbyönlü siyasəti hətta siyasi, iqtisadi, hərbi və digər sahələrdə zəncirvari reaksiyalarla müşahidə ediləcək” – deyə Tofiq Zülfüqarov əlavə edib.

Beləliklə, inqilabın yaxınlaşan ildönümünə iki həftə qalmış Nikol Paşinyanla bağlı cavablardan çox suallar yığılıb. Xüsusən də daxil siyasətlə bağlı…

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 03.07.2020, 18:24

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

• 03.07.2020, 18:22

Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi

• 03.07.2020, 18:20

Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

• 03.07.2020, 14:08

ABŞ-ın “Stratfor” kəşfiyyat mərkəzinin agenti Qarabağa gəldi?- Nə məqsədlə?..

• 03.07.2020, 14:05

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

• 03.07.2020, 14:03

Ermənistanda COVID-19-a yoluxanların sayı 27 mini keçib, 469 nəfər ölüb

• 02.07.2020, 20:25

“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu…

• 02.07.2020, 20:09

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib

• 02.07.2020, 19:16

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

• 02.07.2020, 17:10

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

• 02.07.2020, 16:15

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

• 02.07.2020, 16:11

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri döyüş atışlı təlim keçirdilər

• 02.07.2020, 6:04

Azərbaycan Polisi özünün yaranmasının 102-ci ildönümünü qeyd edir

• 02.07.2020, 6:00

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi – FOTO

• 01.07.2020, 19:46

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

• 01.07.2020, 18:40

QHT Şurası “Real” TV ilə yeni məlumatlandırma kampaniyasına başladı

• 01.07.2020, 14:35

Rusiya bir az da “qaza” basdı – Paşinyan Kremli bezdirib

• 01.07.2020, 14:32

Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

• 01.07.2020, 13:47

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri ötdü

• 01.07.2020, 13:44

Xankəndində yaradılmış “universitet” Avropa Rektorlar klubunun üzvüdür – ARAŞDIRMA

• 01.07.2020, 10:30

Ermənistan sutka ərzində atəşkəsi 50 dəfə pozdu

• 29.06.2020, 21:03

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu: 8 nəfər öldü

• 29.06.2020, 19:34

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

• 29.06.2020, 16:22

Ermənilər bu dəfə atəşkəsi Kann Fetivalından pozdu: Bizimkilər hara baxır?!

• 29.06.2020, 16:19

Ermənilər 43 çoxuşaqlı ailə üçün Laçında ev tikir – FOTO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar   May »
1234567
891011121314
15161718192021
22232425262728
2930