“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

Ətraflı

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

Ətraflı

Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

Ətraflı

İrəvan biosilah hazırlayır – Erməni vəkildən şok

Ətraflı

“The Washington Times” qəzeti: “Ermənistan vassal dövlət olmaqdan qurtulmalıdır”

“The Washington Times” qəzetində “Jewish News Syndicate” nəşrinin keçmiş baş redaktoru Ceykob Kamarasın “Ermənistanda “məxməri inqilabın” hüdudlarından kənarda” sərlövhəli məqaləsi dərc olunub. Müəllif yeni baş nazir Nİkol Paşinyanın qeyri-ardıcıl siyasətini və Ermənistanın ağır siyasi və iqtisadi vəziyyətini təhlil edir.

Məqalədə qeyd olunur ki, özünü islahatçı və demokrat adlandıran Nİkol Paşinyanın Qarabağ müharibəsinin keçmiş militaristlərindən ibarət olan “köhnə qvardiyanı” kənarlaşdıraraq hakimiyyəti ələ keçirdiyi “məxməri inqilab” adlanan hadisənin ildönümü yaxınlaşır.

Müəllif xatırladır ki, Avropa ölkələri, həmçinin Ermənistanın ABŞ Konqresindəki qatı tərəfdarları Paşinyanı tərifləməyə başladılar. Kamaras əlavə edir ki, bununla belə, Ağ ev və Dövlət Departamenti milli təhlükəsizlik üzrə müşavir Con Boltonun bu yaxınlarda həyata keçirdiyi səfərdən sonra Ermənistan hökumətinin yeni rəhbərinə kifayət qədər skeptik yanaşırlar. Regiona səfər etmiş ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun mövqeyini təhlil edən müəllif yazır ki, müşavir Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji cəhətdən əhəmiyyətli region, Azərbaycan və Gürcüstanı ABŞ-ın etibarlı müttəfiqləri hesab etməklə yanaşı, siyasi cəhətdən müstəqil dövlət olmayan Ermənistanın hələ də bu “layiqli kluba” daxil ola bilmədiyi qənaətindədir.

Kamaras qeyd edir ki, cənab Boltonun sözlərinə görə, müvəffəqiyyətin açarı qondarma və qeyri-qanuni “dövlət” yaratmaq adı altında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə nəticələnən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Bu münaqişənin nizama salınması Ermənistanı transformasiya edə bilər və baş nazir Nikol Paşinyanın da öz inqilabi çıxışlarında vəd etdiyi kimi, onun müstəqillik, müasirlik və tərəqqi yoluna qədəm qoymasına şərait yaradar.

Müəllifin yazdığına görə, ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz öz regional potensialından hər üç ölkənin tam iştirakı ilə istifadə edə bilər. Beləliklə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibəyə son qoymalı, eyni zamanda, vassal dövlət olmaqdan qurtulmalı və tərəfdaşlığa səy göstərən davranış nümayiş etdirməlidir. Münaqişə Ermənistanın tarixində dərin iz buraxıb və bu ölkənin inkişafdan geri qalmasını, dərin yoxsulluğu, kəskin “beyin axınını”, ən əsası isə, onun digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığını gücləndirib.

Kamaras əlavə edir ki, Ermənistan öz qonşularından nümunə götürə bilər. Neft və qazla zəngin olan Azərbaycan və təşəbbüskar Gürcüstan böyük iqtisadi inkişafdan bəhrələnirlər: neft və qaz kəmərləri, limanlar, Şərq-Qərb dəmir yolu, peyklər, turizm, təhsil, müasir səhiyyə, elm və incəsənət, habelə dünya ölkələri arasında layiqli yer bu nailiyyətlərdəndir. Lakin bir ildən sonra Paşinyanın erməni xalqına vəd etdiyi inkişafdan əsər-əlamət yoxdur. Bu ölkənin iqtisadiyyatı hələ də öz əlində deyil.  (Azərtac)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 03.07.2020, 18:24

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

• 03.07.2020, 18:22

Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi

• 03.07.2020, 18:20

Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

• 03.07.2020, 14:08

ABŞ-ın “Stratfor” kəşfiyyat mərkəzinin agenti Qarabağa gəldi?- Nə məqsədlə?..

• 03.07.2020, 14:05

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

• 03.07.2020, 14:03

Ermənistanda COVID-19-a yoluxanların sayı 27 mini keçib, 469 nəfər ölüb

• 02.07.2020, 20:25

“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu…

• 02.07.2020, 20:09

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib

• 02.07.2020, 19:16

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

• 02.07.2020, 17:10

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

• 02.07.2020, 16:15

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

• 02.07.2020, 16:11

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri döyüş atışlı təlim keçirdilər

• 02.07.2020, 6:04

Azərbaycan Polisi özünün yaranmasının 102-ci ildönümünü qeyd edir

• 02.07.2020, 6:00

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi – FOTO

• 01.07.2020, 19:46

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

• 01.07.2020, 18:40

QHT Şurası “Real” TV ilə yeni məlumatlandırma kampaniyasına başladı

• 01.07.2020, 14:35

Rusiya bir az da “qaza” basdı – Paşinyan Kremli bezdirib

• 01.07.2020, 14:32

Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

• 01.07.2020, 13:47

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri ötdü

• 01.07.2020, 13:44

Xankəndində yaradılmış “universitet” Avropa Rektorlar klubunun üzvüdür – ARAŞDIRMA

• 01.07.2020, 10:30

Ermənistan sutka ərzində atəşkəsi 50 dəfə pozdu

• 29.06.2020, 21:03

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu: 8 nəfər öldü

• 29.06.2020, 19:34

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

• 29.06.2020, 16:22

Ermənilər bu dəfə atəşkəsi Kann Fetivalından pozdu: Bizimkilər hara baxır?!

• 29.06.2020, 16:19

Ermənilər 43 çoxuşaqlı ailə üçün Laçında ev tikir – FOTO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2019
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
 123
45678910
11121314151617
18192021222324
25262728293031