Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

Ətraflı

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

Ətraflı

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

Ətraflı

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

Ətraflı

Şamanizmdə insan-təbiət qarşılaşması

Şamançılıq bir sistem kimi əski türklərdə Göy Türk kağanlığı dövründən başlayaraq qeydə alınıb. Şamanların Göy Tanrıya inanmaları, onu hər şeyin fövqündə duran qüvvə kimi qəbul etmələri olub. Şamançılıq ruhlarla insanlar arasında əlaqəni tənzimləyən, praktik inamlara əsaslanan mərasimləri ilə zəngin bir sistemdir. Başqa sözlə, inamlardan ibarət praktik fəaliyyət növüdür.  O bir dünyagörüşü kimi əski türk mədəniyyətinin bütün qatlarına zaman-zaman öz təsirini göstərmiş, tarixi şərtlər bir sıra türk boylarının şamanizmi mənimsəmələrinə səbəb olmuşdur. Amma şamanlığın qədim türklərdə geniş kütlənin əsl inancı ilə bir bağlılığı olmamışdır. Qeyd etmək lazımdır ki, M.Kaşğarlının "Divan"ında şamanizmlə bağlı sözlərə rast gəlirik. Onun müsəlman türklərinin əski şamanlıq qalıqlarından olan kəlmələri izah edərkən tam bir şamançı türk kimi çıxış etməsi göstərir ki, şamanizm türk ruhuna yaxın bir inanc olub.

Göründüyü kimi, şamançılıq türklərin inanc tarixində mühüm yer tutmuşdur. Şamanizm yaxından öyrəndikdə məlum olur ki, onlar əhalinin məişət və təsərrüfatına, ətraf mühitinə təsir göstərmək gücünə malik olmuşlar. İnama görə şamanlar hər şeyə qadir imişlər; ölüb-dirilməyi bacarmış, ən çətin sınaqlardan uğurla keçə bilmişlər. Maraqlıdır ki, onların həyat tərzi, məqsədlərinə çatmaqdan ötrü qamlıq etmələri bilavasitə ətraf mühit və onun komponentləri ilə bağlı olmuşdur. Şaman əfsanələrinə və tədqiqatlara görə şamanlar birdən-birə deyil, Yaradanın istəyi ilə şamandoğulma hallarını keçib bu mərhələyə çatırlar. Şamandoğulma çətin prosesdir. Bunun ilkin şərtlərindən biri bilavasitə, həmin anlarda təbiətlə sıx təmasda olmaqdır. Məsələn, “Şamanın azarlamsı” söyləməsində deyilir ki, gələcəyin şamanı narhatlıq keçirir və o, çayın qırağına gedib üzü üstə yerə yıxılır. Ağzından köpük gəlir. Bir müddət belə qalır, ayılandan sonra şaman olur. Görkəmli mifoloq, professor M. Seyidova görə, gələcəyin şamanının çay (su) sahilində üzü üstə torpağa yıxılıb yatması təsadüfü deyil, əski mif təfəkkürü ilə bağlıdır. Başqa sözlə, qədim türk xalqlarının inamı, suya müqəddəs varlıq kimi yanaşmaları, onu həyatın ilkin başlanğıclarından biri hesab etmələri ilə əlaqədardır. “Gələcəyin şamanının çay (su) qırağında üzü üstə yerə yıxılıb, bu duruşda müəyyən müddət qalmsı, bizcə, yerin uduqluğu – müqəddəsliyi ilə səsləşir. Yer türk xalqlarında ana (qadın) kimi qəbul edilmişdir. Onun əri Göy, torpağı – Yeri yağış vasitəsi ilə mayalayır. Gələcəyin şamanı suya, torpağa – yerə ulu, uduq, anaya tapınır və onların yardımı ilə şaman-qam istedadına yiyələnir.” “Əski insanın düşünmə tərzi hər nəsnədən öncə yaşamaq uğrunda mübarizə ilə təbiəti dərketmə və ona inam ilə də şərtlənir. Təbiətə inam anlayışı çox genişdir, əhatəlidir.” Suya, Torpağa, Dağa-daşa, Ağaca – bitkiyə, heyvana, Yelə-küləyə, Günəşə inam insana güc verir, onu yaşadır, bəzi hallarda fitri qabiliyyətə yiyələnir. Dastanlarımızda (“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və b.) buta verilən aşıqlar saz çalmağı, söz qoşmağı, qabaqcadan bilgilər verməyi bacarırlar. Onlara bu istedad ağacın altında, torpağın üstndə, su hövzələrinin yanında, mağaralarda, daş pirlərin içində yatarkən verilir.

 Qam-şaman təfəkkürü, xüsusilə ondan qabaqkı görüşülər türk xalqlarının mifoloji-fəlsəfi baxışların, az sonra dinin söykəndiyi görüşlərin üzə çıxmasına, biçimlənməsinə, bədii təfəkkürün, estetik duyumunun yaranmasına, genişlənməsinə yardım etmişdir. Bu görüşlər çevrəni dərk etmək, on atəsir etmək, təbiətlə qarşılaşmasından yaranana mürəkkəb durumdan yaranmışdır. Bu görüşlər düzüşü – konsepsiyası insanın təbiəti sevmək hissini gücləndirirdi, insanla təbiət arasında qarşılıqlı ilişgə yaradırdı.

Ötən yüzillikdən yaxşı tanıdığımız sofular – Sofu Ocağı şamançılığın özgə biçimdə davamıdır. Onların da həyat və fəaliyyəti təbiətlə əlaqəlidir. Ətraf mühitlə və onun yaradıcısı ilə sıx ünsiyyət, bizə görə, sufilərdən gəlmədir. Qeyd etmək lazımdır ki, kökü sufizmə gedib çıxan Sofu ocağı, Şamançılığın özgə bir şəkildə təcəssümüdür. Sofu Fərəcə ilan ocaqlığı veriləndə “Yanında var idi ayətli bir daş.” Bizə görə, həmin daş elə “yada” daşının özüdür. Bu daşın adı şaman əfsanələrində bir neçə dəfə çəkilir. Təsadüfi deyildir ki, insanların min illərdən bəri etiqad elədiyi daş kultu hər zaman tədqiqatçıların diqqətini cəlb edib. Ola bilsin bu, daşın qədim insanların həyatında mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlmişdir. Yüz ildən çoxdur ki,  Sofu ocağında müqəddəs bir daş kimi ziyarət olunan “ayət” – “yada” daşı insanın təbiətə pozitiv münasibətinin göstəricisi kimi də çıxış edir. Burada əski türklərin etiqad elədiyi Yada daşı – Ayət daşıdır. Əvvəlcə yada daşı haqqında. Yağışkəsmə məqsədilə oxunan

Qodu daşı,

Odu daşı,

Qodu kəssinn yağışı

 – əfsun duasının minilliklərə söykənən tarixi vardır. Adı çəkilən daş (Odu, Kudu) yada – sata daşıdır. Əsatirlərdə və mifologiyada yada daşından quraqlıq vaxtı yağış yağdırma, leysanlı – ziyanlı yağışlarda isə yağışkəsmə kimi istifadə olunurdu. Müşahidlərimiz göstərir ki, güclü-selləmə yaz yağışlarında, şaqqıltılı göy gurultularında təhlükələrdən sovuşmaq üçün yerli əhali Qurbanlı pirindəki (Dirili Qurbaninin qəbri olan ziayarətgah) daşlardan birini gətirib evdə saxlayır və inanardılar ki, dolu ilə müşayiət edilən bərk yağışların dayanmasına o kömək edir. İnama görə Sofu ocağına məxsus “ayət daşı” bəzi xətəliklərdə şəfaverici gücə malikdir, eyni zamanda insana çətin durumdan çıxmaqda kömək edir. Diri dağlarının qoynunda və yaşlı çinar ağaclarının altındakı Mazan Nənə pirində ilan ocaqlığı verilmiş Sofu Fərəc (sonralar oğlu Sofu Usub) əhalinin təhlükəli hesab etdikləri ilanlarla asanlıqla münasibət qurmağı bacarır, onları ovsunlayıb tutur və yaşayış məskənlərindən kənar yerlərə aparıb buraxırdı. Bununla, əhalini zəhərli ilanların sancma, ilanları isə əsassız yerə insanların onları məhvetmə təhlükəsindən xilas edirdi. Əhali inanırdı ki, ilanlar sofuya toxunmur, onu eşidir, qeyd-şərtsiz çağırışına gəlir, göstərişlərini icra edir. Dastan qəhrəmanları və şamanlar kimi sofu-ilan ocaqlığı da sahibinə dağda, ağacın altında, bulağın (suyun) yaxınlığında verilir. Sofunun şəfaverici – xilasedici rəmz  kimi qəbul olunması da bununla bağlıdır.

Sofu Usub çətin ram olan, qaçıb gizlənən ilanı  məharətlə ovsunlayıb tutardı:

  “Möcüzəydi onun ilan tutmağı,
    Ovsunlayıb heybəsinə atmağı.”

Əgər ilan evdəki dəlmə-deşiklərdə gizlənərdisə, özünəməxsus çağırışla gəlməyə məcbur edirdi. O, tutduğu ilana zərər vermədən torbasına yerləşdirib xeyli uzaqlara aparıb atardı. Bu, insanları ilan sancmasından qorumaq, ilanın özünü isə insanların bu faydalı heyvanları öldürmək təhlükəsindən xilas etmiş olurdu:

                                        “Qara xallı gürzələri tutardı,
                                          Gözdən iraq məskənlərə atardı.”

Zəhərli ilanların mühafizəsi bu gün aktual problemlərdən biridir. Zərərvericiləri məhv etdiyinə görə, ilanlar faydalı hesab olunur.

      Tibb elminin mövcud olmadığı orta əsrlərdə şərq təbabətindən bəhrəlnməklə əhali özünü bir çox xəstəliklərdən qoruya bilirdi. Bu zaman təbiətdəki şəfaverici bitkilərdən istifadə edən insanlar, görünür, onların biofarmokoloji xüsusiyyətlərini bilmiş, bitkliəri morfolji cəhətdən yaxşı tanımışdır. Bunu “Böyük İlahi” şeirindən oxuyuruq:

Ayı ehtirası ilə zəhərlənərək

Pozulub yox olmaqda ikən

Amvardışın otu ilə

Onlara əlac etdiniz.

     Qeyri-ənənəvi üsullarla müalicə indi də vardır. Ötən əsrin II yarısında  Sofu Usubun bəzi xəstəlikləri dəf etməsi, şəfavericilik kimi keyfiyyətləri, onun yeddi rəng sapı birləşdirib ovsun oxuya-oxuya yeddi düyün vurması və xəstənin ağrıyan nahiyələrinə, o cümlədən alnına, ağzına, burun-boğaz və qulağına üfləməklə onları ovsunlaması indi də yaddaşlarda yaşayır. Dualayıb ovsunladığı duzu xəstəyə, qorxusu olana verərdi. Belə xəstələrdə qorxu-hürkü itər, xəstəlik aradan qalxar, azar-bezardan arxayınçılıq yaranardı.  Sofu Usubun görkəmi hər kəsə ağlasığmaz inam, qətiyyət və güc bəxş edirdi. Onu kənardan müşahidə olduqca maraqlı idi.

 Qeyd etmək lazımdır ki, bu cür üsullarla müalicə qədim türklərdə şaman duaları fonunda mövcud olmuş, onun izləri folklorumuzda mühafizə edilərək qalmışdır; it qapma, qorxugötürmə, dəmirovqaytarma, boğazqaytarma, nəzərgötürmə, baş, diş və göz ağrısı, il yarası kimi xəstəliklər, bundan əlavə qurdağzı bağlama, çilləkəsmə, dil-ağız bağlama, yağışyağdırma və yağışkəsmə əfsunları indi də vardır. Nəzərqaytarma ilə bağlı hələ də icra olunan aşağıdakı ayin hamıya məlumdur.

                                    Üzərriksən, havasan,
                                     Həzər dərdə davasan.
                                      Hər yerdə sən olasan,
                                     Qada-bala sovasan.

Ayin zamanı bölgələrdən asılı olaraq, üzərliklə barabər, duz, un, soğan qabığı, atıl-batıl, yovşan və s.-dən də istifadə edilir. Burda, adı çəkilən bitkilərin müalicə əhəmiyyəti, duz və unun bərəkət rəmzi olması daha çox onlara inamla bağlıdır.

 Sofu Usubun qarşılaşdığı çətinliklər zamanı keçirdiyi rituallar belə bir fikir söyləmyə əsas verir ki, onun davranışındakı xüsusiyyətlər əski şaman mərasimlərinə xeyli dərəcədə yaxındır. Əfsanəyə görə, şamanlar ən ağır xəstəni belə sağaldır, hətta bəzi ölüləri dirildə bilirdilər. Müasir yoqa sistemi bunun mümkünlüyünü təsdiq edir. Ölümün iki forması məlumdur: Kliniki və bioloji. Kliniki ölüm keçirən insanı müasir təbabət asanlıqla müalicə edib sağaldır. Belə xəstələrdə mərkəzi sinir sisteminin və ürəyin fəaliyyəti xeyli zəifləyir, lakin tam fəaliyyətsiz qalmır. Bioloji ölümdə isə insan həyat fəaliyyətini tamamilə itirir. Burdan belə nəticəyə gəlmək olar ki, şamanlar xeyirxah və ya köməkçi ruhlarının yardımı ilə istədiklərinə nail ola bilirdilər. Deməli, şamanizmdə həyata keçirilən ritualların elmi əsasları vardır. Şamanlar bədxah və xeyirxah ruhlara malik olur. Atəşpərəstlik dininin yaradıcıs Zend-Avesta da dualizm prinsiplərindən istifadə edir – Xeyir və Şər Tanrısı: Hörmüz və Əhrimən. Maqlar bu prinsipə əsaslanaraq, tarixən insanların həyat və fəaliyyətində mühüm rol oynamışlar. Şamanların əski tarixdəki rolu bununla bilavasitə ilişiklidir. İstər Altay və Yakut, istərsə də Türküstan şamanları ötən əsrin əvvəllərinə qədər geniş fəaliyyət göstərmiş, mövcud dövrün inam mənbəyinə çevrilmişlər.
Elmi araşdırmalarda şamanizm öz yerini çoxdan tapıb.  Doğrudur, şaman möcüzələri hələlik birmənalı qəbul olunmur, lakin tam inkar da edilmir. Bir inanc kimi
Sofu Usubun sayagəlməyən möcüzələri sırasında ilan zəhərinin ona təsir etməməsi ilə bağlı söyləmələr bizə şaman möcüzələrini xatırladır: «Suda batmayan», «odda yanmayan», «ölüb-dirilən», «göydən ulduz qoparan» və s. şamanlar haqqındakı adət-hekayələr bu gün də insanlar arasında dolaşmaqdadır. “Yeməyə heç nəyi olmayan kasıb bir qarının süfrəsinə Kaçitkalı şamanın muşqurması ilə yemək gəlməsi, şamanın ayağına söyüd çubuğu bağlayıb Lena çayının üstünə yeriyib o sahilə keçməsi” İsa peyğəmbərin batmadan dəryanın üzəri ilə hərəkətini, az miqdarda balıqla təkcə özünü və şagirdlərini deyil, minlərlə insanları doyurması kimi qəribə hadisələri gözümüzün önünə gətirir. 

İslam Peyğəmbərində göy cisimlərinə, cansız cisimlərə və bitkilərə, heyvanlara münasibət, ölüləri diriltmək və xəstələri sağaltmaq, şeytanlara və cinlərə qalib gəlmək, qeybdən xəbər vermək, düşmənlərinin vurmaq istədikləri şəri qabaqcadan zərərsizləşdirmək kimi möcüzələrin olduğu məlumdur.

Dini rəvayətlərin birində deyilir: Bir gün səhra çöllüklərində yaşayan oturaq bir ərəb köynəyinin qol hissəsində bir kərtənkələ gizlədərək Peyğəmbərin (s) yanına gəlib uca səslə dedi: Sizə o zaman iman gətirəcəyəm ki, bu kərtənkələ iman gətirsin və həmin an kərtənkələni yerə atdı. Peyğəmbər(s) buyurdu: Ey kərtənkələ! Kərtənkələ hamının aydın və dərk ediləcəyi bir şəkildə və dildə dedi: ”Ləbeykkə və sədeyk” (itaət edirəm).” Peyğəmbər (s) buyurdu: Kimə pərəstiş edirsən? dedi: “O kəsə ki, onun ərşi səmada, rəhməti Behiştdə və əzabı cəhənnəmdədir.” Peyğəmbər (s) buyurdu: “Mən kiməm?” dedi: “Sən aləmlərin Rəbbinin elçisi və peyğəmbərlərin sonuncususan. Səni təsdiq edən kəs nicat tapar və səni təkzib edən kəs ziyankarlardan olar.” Biyabanda yaşayan kişi elə bir dərəcədə təsir altına düşdü ki, Peyğəmbərə (s)  üz tutaraq dedi: Şəhadət verirəm ki. Allah təkdir və şəriki yoxdur və sən onun elçisisən.”

  Şaman əfsanələrində əsl şamanın odda yanmaması ilə bağlı söyləmələrin birində ouyuruq: Bir xan var idi. O, əmr elədi ki, bütün şamanları bir yerə yığıb yandırsınlar. Şamanları bir yerə yığdılar. Bir alaçığa doldurub yandırdılar. Hamısı tamam yandı. Tək bir şaman alovdan qurtuldu. Həmin şamanın adı Kam Kıdılbaş idi. İndiki şamanlar da onun nəslindən törəyib artıblar. Başqa bir söyləmədə şaman Xuren Oolun qamlıq etdiyi vaxt ayaqları ilə tonqalı söndürməsindən danışılır.

Müasirlərinin dediklərinə görə, Sofu Usub ehtiyat eləmədən ilanın zəhərini sancdığı yerdən sorub udur, əsanın üzərinə axıdıb yalayırmış. Fikrimizcə, Sofunun ilan zəhərini yalaması (içməsi) ilə şaman Xuren Oolun Kam Kıdılbaşın möcüzələri arasında bağlılıq vardır. Doğrudanmı, zəhəri içmək mükündür? – İlan zəhəri orqanizmə iki cür təsir göstərir: 1. Qanla (hemotrop). 2. Sinir hüceyrəsi ilə (neyrotrop). Adi gürzənin zəhəri qanla təsir edir. Zəhər birbaşa qana daxil olub orqanizmi zəhərləyir. İlan zəhəri zülal təbiətlidir. Zülal isə polimer (irimolekullu) birləşmə olduğu üçün həzm sistemində bağırsağın xovlarından sorula bilmir. Bundan ötrü o aminturşularına (kiçikmolekullu maddələrə) parçalanmalıdır. Aminturşularına parçalanan zülal zəhər xassəsini itirir. Lakin açıq yaralardan birbaşa qana keçdikdə ölümlə nəticələnir. S.S.Axundovun «Qaraca qız» hekayəsində Tutunun ölümünü yadımıza salaq. Belə yaralar dəridə, eləcə də ağız boşluğunda, mədədə, bağırsaqda ola bilər. Kobranın və Azərbaycanda Talışda yayılan qalxansifət gürzənin zəhəri neyrotrop xüsusiyyətə malikdir.

Qurani-Kərimdə Musa peyğəmbərin möcüzələrindən bəhs edən ayələr vardır. Onlardan birində (Bəqərə surəsi, ayə 60) deyilir: “Və (yadımıza salın) o zaman (ı) ki, Musa öz qövmü üçün su istəyəndə (Ona) “əsanı o daşa vur” dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan 12 qəbilə üçün) 12 çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): “Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin.” Daha bir misal: “Və biz Musaya vəhy etdik ki, əsanı yerə at. Elə ki, əsanı yerə atdı (əjdaha oldu) və onların düzəltdiklərini uddu. Haqq öz yerinə düşdü və onların əməlləri batil oldu, məğlub olub kiçildilər. Sehrkarlar səcdəyə düşdülər.

 “Şaman Kyustex” hekayəsində də ağac köməyə gəlir, yol göstərir. Qış vaxtı hava  qaralır, yolu azırlar. Şamana deyirlər ki, donub burda qalacağıq, ruhlarını çağır bzə kömək eləsin. Şaman söyüd ağacından bir budaq  kəsib gətiməyi tapşırır…”Şaman söyüd də əlində öz-özünə nəsə dedi. Bir yerdə durduğu halda cəld üçü dəfə geri dönüb çubuqla qara vurdu. Elə o saatda saxsı kuzə boyda yaşıl bir alov peyda oldu. Alov yolçuların qabağında durdu. Şaman yolçulara belə dedi:

-İndi gəlin alovun arxasınca gedək. bu alov heç yerə getməyəcək və sönməyəcək. alov onların önündə getməyə başladı. Tezliklə Atıısıtın çəpəri və evi göründü. onları kulta çevirmək tarixin əski qatlarından bəri hər zaman özünü göstərmiş, nəticədə bundan təbiət qazanmışdır. Canlı təbiətə inam şamançılıqda da xüsusi yer tutur. İnama görə, şamanın ruhunu heç harada qəbul eləmirlər; nə Erliyin səltənətində, nə də tanrıların göylərində.

Şamanın ruhu tək bircə daşlarda və ağaclarada yerləşir. Ağac kultu şaman əfsanələrində geniş yayılıb. İki misala baxaq: 1. Bir şaman ömrü boyu bir dəfə də olsun qamlıq etmədi. Onu xəstənin yanına çağıranda getməzdi. Ucuna at tükü bağlanmış bir söyüd çubuğunu xəstənin adamlarına verib tapşırardı ki, onu gecə xəstənin yorğanının altına qoysunlar. Doğurdan da xəstə səhər sağalardı.

  2. Şaman öləndə tapşırardı ki, onu ağacdan düzəldilmiş tabuta qoyub bir qara şam ağacından assınlar. Sonra deyərmiş ki, “tabut yerə düşəndə baş şamanı çağırıb sür-sümüyünü torpağa basdırmaq mərasimi keçirərsiniz.”

 Ağacı – bitkini möcüzəli saymaq, sehirli-güclü hesab etmək, onun canlıların həyatındakı müstəsna fəaliyyətilə (fotosintez prosesini həyata keçirməsi) bağlıdır. Elmi əsasını biməsə də, təbiətdə bitkilərin əhəmiyyətini öz gündəlik fəaliyyətlərində hiss etmiş, qida, geyim, dərman, təmiz hava və s. kimi ondan faydalanmışlar. Ona görə də, onların qorunması qayğısın qalmaq üçün müqədəsləşdirmə variantını seçmişlər. Fikrimizcə, bu çox qədim dövrlərdən, hələ şamanizmə qədərki tarixdən gələn inamdır. Biz bunu Zərdüştçülükdə də, İslamda da, digər dinlərdə də görürük. Eləcə də onun izlərinə xalqımızın adət-ənənlərində, mərasim ayinlərində rast gəlirik. Daha sonra bu inam şifahi xalq yaradıcılığnda və klassiklərimizin əsərlərində özünü göstərmişdir. Bu cəhətdən Dədə Qorqudun və Dirili Qurbaninin ağaca münasibətləri səciyyəvidir.

Heyvanlara münasibət şamançılıqda daha çox, müqəddəs ruhların heyvan cildində təsviri ilə özünü göstərir:Baş hami ruh İnə kıl hər cür heyvan donunda görünə bilər; sığın cildinə də düşə bilər, ayı cildinə də. Bu da onun yiyəsi şamandan asılıdır, o hansı heyvanı istəsə, həmin donda da gözünə görünəcək.” Başqa bir misalda kamilləşmiş Şaman müqəddəs bir varlıq kimi xəstəliklərin aradan qalxmasında, vaxtsız ölümün qarşısının alınmasında fövqəlqüvə kimi çıxış edir. Bu məqsədlə onun bədəni hissələrə parçalanaraq lazım olan yerlərə atılır: “Şamanın canı yetişib kamilləşəndə və özü-özünü saxlaya biləndə ana heyvan Yer üzünə qalxır. Burada o, şamanın bədənini tikə-tikə doğrayır, onları bütün azar-bezar, ölüm gələn yollara tullayır, ruhların arasında bölür!

Şamanizmdə kosmos sərvətlərinə, su və torpağa da müqəddəslik rəmzi kimi baxılıb. Onları müqəddəs hesab etmək, həmin sərvətlərin insan həyatındakı əhəmiyyətini düzgün qiymətləndirməkdən irəli gəlirdi. “Deyirlər ki, ruhlar şamanların bədənlərini tikə-tikə doğrayanda onlar Günəş Dağa, Ay Dağa gedib orada doğurlar. Yaxud, ”Doyompo şaman təpəliyə gedib orada doğardı. Həmin təpəliyin lap uca bir yerində balaca bir göl vardı. Şaman doğum vaxı ora qalxardı. Nəsl artımına yüksək dəyər verən şamanlar dünyaya övlad gətirəcəyi anlarda gölün, ayın, günəşin, dağın yanına getməsi də bununla bağlıdır. Nəsl artırılması qayğısına qalmaq şamanizmdə bu məqsədlə həyata keçirilən xüsusu mərasimlərdə təsdiqini tapır. Belə ki, keçmişdə şamanlar yer ruhuna ayrıca mərasim həsr edirdilər. Bu mərasim calın almaq üçün keçirilirdi … Şaman Yer anadan aldığı cinsi ehtirası adamlara və mal-qaraya verirdi ki, nəsil artımı dayanmasın. Uşağı olmayanlar şamanlardan xahiş edirdilər ki, Tanrıya yalvarıb ondan övlad istəsinlər. Belə hallarda adətən şamaların diləyini Bulud yaradan Ruh yerinə yetirirdi. “…Onlar Syüüleer Bılıt Tyördiqerin (İldırım və Yağış tanrıları) yanına qalxdılar və ondan uşaq istədilər. Bu Tanrı şamanların dualarını eşitdi və qocalara iki uşaq verməyi boyun oldu. Ikinci uşaq yağış suyundan yaranacaqdı. “Tapşırın ki, mənim balaca oğlumu nə saman çöpü ilə, nə də söyüd çubuğu ilə vursunlar.”

Göründüyü kimi, nəsli artırılamsı burada da mifoloji inama görə yağışla bağlıdır. Zənnimizcə, yağış var-bərəkət, bitmə-böyümə mənasındadır. Başqa sözlə, M.Seyidovun qənaətii özünü doğruldur: Göy (bulud) Ata – Yer (torpaq) Ana, Yağış – mayalayan!

“Şamanın uşaq istəməsi” adlı digər bir söyləmədə maraqlı fikir ondan ibarətdir ki, Tanrı şamanın istəyini asanlıqla qəbul etmir. Bu, övladı olmayan şəxsin vaxtı ilə təbiətə neqativ münasibəti ilə əlaqədardır:“Kyünnet knyazın iki arvadı olsa da, övladı yox idi. Buna görə də o, yaman və qara ruhlarla bağlı olmayan ağ şaman dəvət etdi ki, uşaq istəmək üçün mərasim keçirsin… Şamanlar dua mərasimini qurtarıb, Yüryünq Ayıının yanına qalxdılar… Ona belə dedilər:

– Sənin əmrinlə orta dünyada yaşayan Kyünnet knyazın övladı olmur. Onun iki arvadından heç bir doğmur. O. səndən övlad istəyir, bizi də sənin yanına göndərdi.

Yüryünq Ayıı şamanların bu sözünə belə cavab Verdi:

– Onun  məhşur olan babası yaxşı heyvanların artmasına mane olurdu. Onların axırına çıxırdı. Yaxşı nəsildən olanları qırıb çatdı. Buna görə də onun nəslindən üz döndərmişəm. Şaman təkidlə yalvarmağa başladı. Axırda Tanrı dedi:

– Yaxşı, qoy sən deyən olsun. Mən ona Ayannıt Istırın adlı bir oğul verirəm. Knyazın ikinci oğlu yerdə nizam-intizam yaratmaq üçün doğulacaq. Adı Ayqaan Kyüryükyü olacaq.

O, ikinci şamana da eyni sözü deyir. Şaman ona yalvararaq uşaq istədi. Ayıısıt dedi ki, üç oğul, iki qız da indi verirəm. Mənim verdiyim uşaqların hamısı xoşbəxt olacaq. Bundan sonra o, şamana iki sata (türklərin yağış yağdırmaq üçün istifadə etdikləri yada daşı. Heyvanların qarnından çıxarılır) daşı verdi. Şaman Ayııstanın yanından qayıtdıqdan günün səhəri qar yağdı, bir gün sonra əridi.”

Yada daşı barədə danışmışdıq. Bərəkət-ruzi timsalı kimi qəbul edilirdi; yağış yağdırıdı. Övladın olması, yağışın yağması nəslin davam etdirlməsi baxımından əski türklərdə xüsusi məzmun kəsb edirdi.

Bizə görə, daş kultunun yaranmasına səbəb olan amillərdən biri də budur. Şamanlar daşa xüsusi bir hal kimi yanaşırdılar. “Şaman Tostoqoş daşa dönür. Hər kəsə bir cür görünən bu daşın hələ də qaldığı deyilir. “indi o daşın yaxınlığında bir ulu şaman yaşayır. Deyilənə görə, güclü şaman bu daşın qabağında heç bir zərər çəkmədən qamlıq edə bilir. Zəif şaman isə ölür. Camaat indi bu daşa qurban verir.” Qeyd etmək lazımdır ki, Azərbaycan nağıllarında və əfsanələrində şamançılıqla səsləşən “daşadönmə”, “daşadöndərmə” hadisələrinə tez-tez rast gəlirik. Ancaq onun bu səviyyədə müqəddəsləşdirilməsinin izləri, yalnız pirlərdə qalıb.

Şaman söyləmələrində Dağ Tanrısı-Dağ yiyəsi, Su Tanrısı-Su yiyəsi, Ağac Tanrısı-Ağac yiyəsi kimi anlayışlar qədim türklərin təbiətə etiqadının, ehtiramının göstəriricisi idi. Biz həmin inancların qalığına məişətimizdə indi də rast gəlirik. Şaman əfsanələrində təbiətin canlı və cansız komponentlərinə münasibət yalnız mifoloqlar, folklorşünaslar, etnoqraflar üçün deyil, təbiətşünaslar, ekoloqlar üçün də maraqlı ola bilər. Tədqiqatlarımız bunu deməyə əsas verir. Təbiət-insan münasibətləri baxımından iki nümunəni nəzərdən keçirək:

 1. “Çayların donu açılmışdı, su qalxdığından çay daşmış, ulusu su altında qoymuşdu. Keşişlər rus allahına yalvarırdılar. Şaman isə qamlıq edib Dağ yiyəsinin yanına getdi. O dağın içinə girəndə Su yiyisinin sərxoş halda yıxılıb qaldığını gördü. Şaman cəld qarışqa ruhları götürüb su yiyəsinin belinə səpələdi. Su yiyəsi yerindən sıçrayıb qalxdı və çaya düşdü.

Buz ora-bura çırpılaraq hərəkərtə gəldi. Su yatdı, çay yatağına çəkilib məcrasına düşdü, öz axarı ilə axıb getdi…

2. “Mən necə şaman oldum” hekayəsindən: “Dənizin ortasına çatanda səs eşitdim:

-Sənə Su yiyəsi şamanlıq verəcək. sənin şaman adın Suquşu olacaq. Sonra mən sudan çıxıb quru ilə getməyə başladım”…  sonra göl quşları ilə birlikdə uçduğumu lap yəqin gözümlə gördüm. Elə yerdən təzəcə aralaşmışdım ki, Ağac yiyəsi məni çağırdı:

– Budağım qopub düşür. Götür ondan davul düzəlt. Bu davul bütün həyatın boyu səninlə yoldaşlıq edəcək.”

İnama görə, şamanların hamisi – qoruyucusu bitki və heyvan donlu ruhlardır. Hətta söyləmələrin birində qeyd edilir ki, şamanı dünyaya gətirən ana heyvandır. “Uzaq şimalda budaqlarında yuvalar olan bir şam ağacı boy atır. Ana heyvan qartala çevrilib dəmir lələkli böyük bir quş olur, uçub buraya gəlir. O yuvada oturur, yumurta qoyur. Sonra da bu quş yumurtanın üstündə kürt yatır.” Yaxud başqa bir misal: Qapını açıb içəri girdim. Bura işıqlı bir yer idi. Içəri də bədənləri tüklü marala oxşar iki qadın vardı. Ikisinin də qollu-budaqlı buynuzları vardı. Özü də birinin buynuzları dəmirdən idi. Bunlar maral hamiləri idilər. Hamilərdən biri elə mənim yanımdaca bir maraldan iki bala doğurdu. Dedi:

– Bunlar sənə veriləcək qurbanlıq heyvanlardır.

Sonra həmin hami o heyvanları çölə buraxdı. Öyrəndim ki, bu heyvanlardan biri ev maralı, o biri də vəhşi maraldır. Ümumiyyətlə, şamanizmdə insanı bəduğur əməllərdən qoruyan, onu çətinliklərdən xilas edən əsasən heyvanlar olur. Azərbaycan xalq nağıllarında bunların tipik nümunələri bizə bəllidir. Bunun ən bariz nümunəsi “Ağ atlı oğlan” nağılıdır. Qəribədir ki, qurtuluş rəmzi olan ağ atın prototipi şamançılqda rast gəldiyimiz obrazlardan biridir. “Şamanolma ərəfəsində xəstələnmə” adlı hekayədə oxuyuruq: “Sarıq Süd ulusundan olan bir şaman… azarladığı vaxt özündən gedirdi…Yuxuda tez-tez tayqanı gəzir, at çapırdı. Atların önündə gedən ağ at isə onun hamisi idi.” Bunlar hələ hamısı deyil; yarışan şamanların balıq cildinə girmələri, Şamanın yaman ruhlarının qırğı cildində rəqibinə hücüm etməsi, qırğı, sığın, ayğır, ayı və s. cildində şamanların döyüşməsi, doğradıqda laxtalanmış qanını, yaxud bədəninin parçalanmış hissələrini ağac qabığına, əsasən də söyüd, tozağacı, qara şam ağaclarının qabığına bükülmələri, yaxud qara şam ağacından asılmaları onların ətraf mühitə, təbiətə münasibətləri barədə dolğun təsəvvür yaradır. Şamanlar təbiəti təkcə görnüşünə görə deyil, bir yaradıcı və ruhverici qüvvə  kimi sevir və inanırdılar ki, Təbiət onların ən etibarlı qoruyucularıdır. Ona görə də öz hamilərinin – qoruyucularının bütün istəklərini yerinə yetirirdilər.Şamanın dörd böyründə iki müqəddəs ağac – qayınağacı olur, çünki heyvanların qoruyucusu olan ruh İyehsit bunları bəyənirmiş.Evtikmə mərasimində o, üzünü At ilxısı sahibi Qartala, heyvanların qoruyucusu ruh Yesegey İyehsit xatuna tutub “gözəl yallı atlar və uzun buynuzlu heyvanlar” göndərməsini xahiş edirdi. Yuva qurmaq, binələnmək, ev tikmək nəsl artırmaqla bağlıdır. Bu ərəfədə şamanın qoruyucu ruhlardan – tanrılardan diləyi onun ətraf aləmə, canlı təbiətə doğma münasibətindən irəli gəlirdi. Həm də, bu zaman o, seçmə heyvanlar göndərilməsini istəyir.

Maraqlıdır ki, şaman yalnız xeyirli məqsədlər üçün yox, həmçinin şər qüvvə kimi də heyvanlardan istifadə edirdi. Çox vaxt o, buna məcbur olurdu. Şaman aşağı təbəqəyə pislik etməkdən həzz alan, insanların yaşayış şəraitinə maneçilik törədən məmurları, naqis adamları heyvan cildli bəd ruhların köməyi ilə öldürürdü. “Noyonun yeddi dövlətli məmurunun qapısı ağzında hər gün qara qarğa görünməyə başladı. Aradan çox keçməmişdi ki, noyon və yeddi məmur azarladılar. Tezliklə onlar öldülər. Onların uşaqları da öldü. Bütün mal-davarları da qara qarğanın gətirdiyi azara tutulub tələf oldu. Beləcə, şaman Tokpan qarğa cildinə girib, təhqir olunmuş ərinin dövlətli düşmənlərini əzib axırlarına çıxdı.”

Burada bəd ruh qara qarğa donunda çıxış edir. Azərbaycan xalqının, ümümən türk xalqlarının inanclarında qara qarğa bəduğur kimi lənətlənir. Qara qarğanın qarıldaması şərə yozulur. Daş və ağac tullamaqla onu ərazidən qovub çıxarırlar ki, ziyanlıq baş verməsin. Ancaq bunun heç bir elmi əsası yoxdur və qarğaya qarşı bu cür münasibət biliksizlikdən irəli gəlir.

Şamançılıqda ətraf mühitə münasibət onların inanclarında daha aydın görünür. Şaman inamına görə, “Dünyanın tən ortasında əzəldən yaranmış Göy Təpə ucalır. Təpənin zirvəsində isə Bay Dirək boy atır. Bu Bay Dirəyin dörd budağı göy qübbəsinin bütün qatlarını yarıb keçir. Göy qatlarını  Bay Dirəyin budaqları saxlayır. Bay Dirəyin kökü Yerin bütün qatlarından keçib dərin sulara qədər işləyir…”

Bay Dirək həyat ağcıdır. Biosferin tamlığını təşkil edir. Canlıların yaşaya biləcəyi atmosferi – göy qatlarından (troposfer, strosfer, mezosfer də daxil olmaqla) birini, litosferi (torpaq örtüyü) və hidrosferi (su təbəqəsi) özündə birləşdirir. Yunan mifologiyasında Göylə Yeri birləşməyə qoymayan Atlant adlı bir pəhləvandır. Burada isə Bay Dirək. Bay Dirək Atlantdan fərqli olaraq, həyat rəmzidir – Həyatın özüdür. Yaşıl kütləsi ilə ətraf mühiti oksigenlə zənginləşdirir. Kökü torpağın dərin qatlarından su içir. Təkcə özünü deyil, digər canlı orqanizmləri də qida maddələri ilə təmin edir. Başqa sözlə, Bay Dirəyə bütövlükdə təbiətin modeli kimi baxmaq olar. Onun həyat rəmzi olması bir inancda da əksini tapıb. Şamanlar inanırdılar ki,onun gövdəsi boyunca canlar yerə enib qadınların bətninə girir, yeni həyat doğururlar. Şamanlar həmçinin “bütün Yerin ulu Göy Öküzün buynuzları üstündə dayandığına, Göy Öküzün də Cada daşının üstündə durduğuna inanırdılar. Məlumdur ki, öküz əkinçinin əsas aləti idi; əkən, şumlayan, taxıl daşıyan, buğda döyən və s. “Cada daşı” – “yada daşı” türklərdə inama görə yağış gətirən daşdır. Quraqlıqdan əziyyət çəkən əkin sahələrinə yağış yağdıran bərəkət-ruzi simvoludur. Xalq bunlarla əlaqədar mövsüm mərasimləri keçirib, nəğmələr yaradırb.

     Qədim türk ədəbi nümunələrindən olan “Türk buddist şeiri”ndə təbiətin gözəllikləri – hündür və tökmə qayaları, sıra dağları, inci kimi saf və şəfalı axar suları, ardıc və söyüd kimi can dincəldən ağacların altında, sakit bir guşədə dincəlmək, istirahət etmək, əsəblərini cilovlamaq tövsiyyə edilir:

İç-içə, dərin (dərəli), qat-qat,

                      büküm-büküm dağlarda,

Köhnə, qədim aranyadanda,

Yüksək, tökmə qayalıqların basqısı altında,

Tam sakitlikdə,

Bəstəboy, çoxlu söyüdlər arasında,

İnci sular qırağında

Hər bir şeydən vaz keçib dhyanaya dal

Məhz belə yerlərdə!..

Burada “İnci sular” bizə görə, şəfalı, bəzi xəstəliklərdə dərman kimi istifadə olunan, tərkibi faydalı mineral maddələrlə zəngin bulaqlardır. Koroğlunun içdiyi “Qoşabulaq” kimi, Qurbaninin “İçən ölməz dərdə dərman suyundan” dediyi “tər bulaqlar”dır.

      Təbiətin etibarlı mühafizəsi və uzunömürlüyü ona göstərilən qayğıkeş və humanist münasibətdən asılıdır. Qədim türklərin yazılı ədəbiyyatında buna aid çoxlu nümunələr vardır. “Kiki (İlahi)” şeirində olduğu kimi:

Mahiyyət ağacının çiçəklərini,

Cürbəcür yarpaqlarını, meyvələrini

Təkrar-təkrar o üz-bu üzə çevirərək

Yaxşıca sığallayıb gözdən keçirməli.

    Şaman inancalarında da təbiət ülvi, müqəddəs və pakdır. Onu günaha batıra biməzsən. “Nahaqdan günaha batanlar göy göyərçinə dönüb Dəryanın ortasındakı adaya uçurlar. Orada qüllənin başında otuz il qadın cildində yaşayıb övladı olmayan sonsuz qadınlara övlad bəxş edirlər…” Bundan sonra, o haqsız günahdan azad olur. Xeyirxah əməli, bir nəslin davamlılığnda yardımçı fəaliyyəti göyərçini saflaşdırır, təmizlənir. Xalq inamına görə, göyərçin müqəddəs quşdur, onu incitmək, ovlamaq, öldürmək yasaqdır. Çağdaş inancda o həm də sülh quşudur. Təsadüfi deyildir ki, insanlar arasında vasitəçilik edir, körpü rolunu oynayır, məktub-məlumat daşıyır.

Qədim türk inanclarında qoç – igid, mərd, yardımçı, yenilməz, uğur, güc əlaməti kimi təsvir edilir. “Qoç Koroğlu” ifadəsi buradan yaranmışdır. Yuxuda qoç görmək xeyirə yozulur. Şamanlar inanırdılar ki, qoç sümüyü, ya da qoç buynuzu olan yerdə yaman ruhlar dolaşmaz; “Qoç yer üzündə insandan əvvəl yaranan və özü də ən təmiz heyvandır. O, həyat gücünün, uğurun, xoşbəxtliyin daşıyıcısıdır…”

Ətraf mühitin biotik faktorlarından olan bitkiyə-ağaca şamanlar həyatın simvolu kimi baxmış, Tanrı bilib ona səcdə etmişlər. Araşdırmalarımızda Ağaca sitayişlə bağlı çoxlu məlumatlarla qarşılaşmışıq. Bir şaman söyləməsində oxuyuruq: “Danışardılar ki, babam ha yanda isə Sarı Arx deylən bir yer var ki, həmişə ora gedər, o yerdə Ata Övliya Ağaca dua eləyər,  səcdə qilarmış…”  Neçə əsrdir ki, ölkəmizin ərazisində biz bu halı müşahidə edirk. Belə ki, dağdağan, çinar, azat, narbənd və b. ağaclar müqəddəsləşdirilərək pirə çevrilmişdir. Belə ağacları qırmaq, gövdəsini yazmaq və ora mıx çalmaq günah hesab edilr. Onların yüz illərcə qorunub salamat qalmalarında, şübhəsiz bu cür yanaşma tərzi əvəzsiz rol oynamışdır Canlı təbiətdə bioloji müxtəlifliyi təcəssüm etdirən göyərçin, ardıc, söyüd, qara şam, siçovul, böcək. kəpənək, kərtənkəə, canavar, sığın, ayı, at, inək, maral, qırğı, eşşək arısı, ev maralı, vəhşi maral, qayınağacı, tozağacı, qara şam və s. kimi bitki və heyvan növlərinə şaman əfsanələri və dualarında tez-tez rast gəlirik.

 Qədim türk ədəbi nümunələrindən olan “Müdriklik türküsü”sü, “Türk buddist şeiri”, “Tövbə duası”, İlahi deyimlər, “Qızıl qişlaq” və b. yazılarda insan ekologiyası ilə bağlı fikirlər diqqəti cəlb edir. Məsələn: “Müdriklik türküsü”ndə biliyə, müdrik olmağa yüksək qiymət verilir. Bilikli, savadlı insanın var-dövlətlə tuş olacağı qeyd edilir:

Bilik bilin, ay bəyim,

Bilik sənə eş olur.

Bilik bilən hər kəsə

Bir gün dövlət tuş olur.

 

Biliklinin belinə

Daş qurşansa qaş olur.

 Biliksizin yanına

Qızıl qoysan daş olur.

Qədim türk düşüncəsində bilikli olmaq, dövlətli olmaq deməkdir. Oxumaq, öyrənmək, bilmək hər zaman vacib və savab sayılıb. İslam Peyğəmbəri elmi yüksək dəyərləndirir, “beşikdən qəbr evinəcən öyrənin”, – deyirdi.

Şaman adət-hekayələrində olduğu kimi, türk xalqlarının digər ədəbi yardıcılıq nümunələrində ətraf mühitə sayğı ilə yanaşmaq, ehtiram bəsləmək, diqqət və qayğı göstərmək ciddi bir məsələ kimi qarşıya qoyulurdu. Məlumdur ki, əhli heyvanlardan fərqli olaraq, vəhşi təbiətdə çöl heyvanlarının yaşamaq qayğısı daha çoxdur. Gücü tükənmiş yaşlı və qoca, ac-susuz heyvanlarıa qayğı göstərmək, onları yemləmək savabdır. Müasir qoruq ərazilərində görülən tədbirlər belə problemlərin həllinə kömək edir. Ancaq qədim dövrlərdə bu mümkün deyildi. “Qızıl qışlaq” hekayəsində həmin məsələyə əhalinin münasibəti əksini tapıb: Bu qədər güclü yaradılmış, ancaq əldən düşüb zəifləmiş ac pələng aclıq, susuzluq əzabından üzülüb ölməkdədir. Bizdən başqa kim olacaq buna yarayan yem, su versin, bu yazıq məxluq üçün özünü unudub onun ömrünü uzatsın – deyə söylədi. Qədim türk inamına görə, heyvanları incitmək, onlara əzab vermək, öldürmək Tanrı dərgahında günaha batmaqdır. Təbiətə ziyan vurmaq, canlıları məhv eləmək yaxşı əlamət sayılmır. “Tövbə duası”nda Hörmüz Tanrının beş tanrı – Meh Tanrısı, Yel Tanrısı, İşıq Tanrısı, Su Tanrısı, Od Tanrısının birgə gücü ilə təbiətə əl qaldıran insanın içindəki şeytanlara qarşı mübarizə aparmaq, vuruşmaq üçün enib gəldiyi söylənilir. Səhvini anlayan insanlar Tanrıdan günahlarının bağışlanmasını istəyirlər: “Beş növ məxluqa – iki ayaqlı adamlara, dörd ayaqlı canlılara, uçan canlılara, sudakı canlılara, yerdəki qarnı üstə sürünən canlılara, günah içərisində dolanaraq, ey tanrım, bu beş cür məxluqları böyükdən kiçiyə nə qədər qorxutduq, ürkütdüksə, nə qədər vurduq, yolduqsa, nə qədər acıtdıq, ağrıtdıqsa, nə qədər öldürdüksə də (o qədər də), bunca məxluqlara borclu qaldıq. Tanrım, indi günahlarımızdan azad olaraq yalvarırıq: günahlarımızı bağışla!” Orqanizmin inkişafında xüsusi əhəmiyyət daşıyan işıq, istilik, su, hava kimi abiotik amillərin tanrılar şəklində verilməsi təsadüfi deyildir. Bunlar həm də, simvolik xarakter daşıyıb, gücü ifadə edirdilər. Qədim türk ədəbiyyatında, o cümlədən şamançılıqda hər bir ruh təbiətin bu və ya başqa şəkildə özü demək idi. Ona görə də onlar təbiəti müqəddəs hesab edir, ətraf mühit amillərinə sayğı ilə yanaşırdılar.

 

                                      Yusif DİRİLİ (Mahmudov),

                                      Ətraf mühit üzrə tədqiqatçı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.11.2019, 17:17

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

• 15.11.2019, 16:17

Müxalifətçi gənc Müsavatı yıxıb-sürüdü: Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız

• 15.11.2019, 15:43

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub (FOTO)

• 15.11.2019, 14:17

Bakı məktəblisi ermənini məğlub etdi, qızıl medal qazandı

• 15.11.2019, 14:09

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

• 15.11.2019, 13:20

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

• 15.11.2019, 13:15

“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır”

• 15.11.2019, 13:13

Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar

• 15.11.2019, 13:06

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

• 15.11.2019, 12:53

Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib

• 15.11.2019, 12:50

Ermənistan özünə uydurduğu tarixin girovluğunda

• 15.11.2019, 12:45

ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana iki bəd xəbər

• 15.11.2019, 10:09

Atəşkəsi iriçaplı pulemyotlar və snayperlər pozdu – 20 dəfə

• 14.11.2019, 16:00

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

• 14.11.2019, 15:31

“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”

• 14.11.2019, 15:24

Dariqa Nazarbayeva Yerevana gəlib

• 14.11.2019, 15:22

UEFA “Qarabağ”a 781 min avro ödədi

• 14.11.2019, 15:17

Paşinyan satanistlərlə bağlı tapşırıq verdi

• 14.11.2019, 15:14

Erməni jurnalistlər Bakıya GƏLİR

• 14.11.2019, 15:09

Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib

• 14.11.2019, 15:07

Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə

• 14.11.2019, 9:52

Atəşkəs 21 dəfə pozuldu

• 13.11.2019, 18:14

ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar

• 13.11.2019, 16:12

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: Onun haqqında nə deyilirdi?

• 13.11.2019, 16:08

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2016
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031