“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

Ətraflı

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

Ətraflı

“Şotlandiyanın Xocalı soyqırımını tanıması zaman məsələsidir”

Yknews.az modern.az saytının Şotlandiyada yaşayan siyasi təhlilçi və insan hüquqları müdafiəçisi Fuad Ələkbərovla müsahibəsini təqdim edir.

Siz uzun müddətdir ki, Şotlandiyada yaşayırsız. Azərbaycanı Şotlandiya ilə nə bağlayır?

Hər iki ölkə ərazi baxımdan kiçik olsa da, zəngin mədəniyyətə və tarixə malikdir. Şotlandiya Azərbaycan kimi mühüm regionda yerləşir. Azərbaycan ilə Şotlandiya arasında münasibətlər hər iki ölkə üçün çox əhəmiyyətlidir və onları bundan sonra da inkişaf etdirmək lazımdır.

Siz Şotlandiyada Xocalı soyqırımının tanınmasını aktiv olaraq dəstəkləyirsiz. Bu yolda hansı işlər görülür?

İlk növbədə qeyd etmək istəyirəm ki, Şotlandiyada təxminən 300-ə yaxın həmyerlimiz yaşayır və bu istiqamətdə təbliğat və təşviqat aparılır. Xocalı soyqırımının Şotlandiya parlamentində tanınması zaman məsələsidir. Artıq bu ildən başlayaraq, “Scotland Welcomes Refugees” kampaniyası çərçivəsində, Şotlandiyanın bəzi məktəblərində Xocalı soyqırımına aid güclü təbliğat işləri aparılır.

Ermənistan Rusiya tərəfindən idarə olunan bir quberniyadır. Emənistanın heç bir siyasi iradəsi yoxdur. Ermənilərlə ruslar birlikdə Azərbaycan torpaqlarını zəbt edib. Mən rus xalqının əleyhinə deyiləm, amma çarların vaxtından onlar kölə olublar. Rus imperiyası tərkibində olan bütün xalqları müflis edib, torpaqlarını dağıdıb, çörəklərini də yeyibdir.  İndi talan olunmuş bütün xalqlar gedib Rusiyada çörək axtarırlar.

Qarabağla bağlı məsələlərdə nə dövlət adamı, nə müxalifət, nə də siyasətçi olmaq yox, sadə vətəndaş kimi birləşmək lazımdır.

– Bu günün Azərbaycanı XXI əsrin hansı standartlarına cavab verir, hansılarına cavab verə bilmir?

– Azərbaycanda ilk növbədə təhsil əsrin standartlarına cavab verə bilmir. Təhsil çox acınacaqlı vəziyyətdədir. Mən hesab edirəm ki, mütləq bunu dəyişdirmək lazımdır. İkincisi, bizim insanlar az kitab oxuyur. İcra başçılarımız hər şəhərdə, hər rayonda kitab mağazaları açmalıdırlar. Üçüncüsü, təbii ki, istəyərdim ki, Qarabağ məsələsi ilə daha ciddi məşğul olaq. Xocalı barədə danışanda deyirik ki, orada xeyli adam qırılıb, uşaqlar, qadınlar öldürülüb. Amma onu demirik ki, Xocalıda dörd Azərbaycanın Milli Qəhrəmanı döyüşüb. Onların adlarını da çəkə bilərəm: Allahverdi Bağırov, Tofiq Hüseynov, Əlif Hacıyev və Aqil Quliyev. Biz bu gün qəhrəmanlarımızı tanıtmalıyıq.

– Deməli, XXI əsrdəki düşüncə tərzi  bu gün bizdə hörmət anlayışını da dəyişib… 

– Mən bir məqama toxunmaq istəyirəm. Əsrlər boyu Azərbaycanda ən hörmətli adamlar həmişə alimlər, şairlər, ziyalılar olub. Bu gün isə ən hörmətli adamlar rüşvətxor məmurlardır. Bu tendensiyanı dayandırmaq lazımdır. Çingiz Abdullayev demişkən, “rüşvətxor məmur əslində fahişədən də pisdir, çünki fahişə bədənini satır, məmur isə vicdanını”.
İndi tənqid edirsənsə düşmənə çevrilirsən. Tənqid cəmiyyətin mühərrikidir. Bizdə ya tərif var, ya da təhqir.

Proqressiv cəmiyyət o cəmiyyətdir ki, orada alimə, müəllimə, peşə sahibinə böyük hörmət var. Nizami Gəncəvinin qəbri min ildir ki, Gəncədədir. Amma orada kimlər olmayıb ki? Padşahlar, hökmdarlar, çar məmurları, raykom katibləri, heç birinin də izi-tozu qalmayıb. Bundan əlavə, Kərbəlada Füzulinin qəbri var. İmam Hüseyn türbəsinin yanında heç kəsin, hətta Harun ər-Rəşidin də dəfninə icazə verilməyib. Heç onları yaxın da buraxmayıblar. Amma Füzulini orada dəfn ediblər.

– Bu əsrin sonundakı Azərbaycanı necə təsəvvür edirsiniz?

–  Xoşbəxt o xalqdır ki, özünə inanır, milli-dəyərləri ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür. İstəyərdim ki, Azərbaycan yenidən intibah dövrünü yaşasın. Amma ilk növbədə dilimizə, tariximizə və özümüzə hörmət etməliyik, korrupsiya, rüşvətxorluğu azaltmalıyıq. Neft kapitalı insan kapitalına çevrilməlidir.

Həyat çox ədalətlidir. İnsanlar ədalətli olmağa çalışsınlar, heç kimin haqqını yeməsinlər, kimsəni haqsız yerə incitməsinlər ki, qarşılığını almasınlar. Bizim cəmiyyəti didən, dağıdan, içəridən parçalayan paxıllıq hissidir. Belə insan hər saniyə, hər dəqiqə, hər saat, hər gün özü-özünü içindən zəhərləyir.

– Məmməd Səid Ordubadinin “Qılınc və qələm“ əsərini yəqin ki, xatırlayırsınız. Bu gün XXI əsrdə qılıncla  mübarizə aparmaq lazımdır yoxsa qələmlə?

 Əgər istəyirsən ki, qələmin dinc olsun, yanında qılınc da olmalıdır. Sülh istəyən həmişə müharibəyə hazır olmalıdır.

– Musiqiyə, dinə münasibətini necədir?

Bütün musiqiləri xoşlayıram. Amma muğama xüsusi sevgim var.
O insan ki, özünü Allahın qulu hesab edir, o heç kəsin qulu ola bilməz. Dinin insanlara bu qədər güclü təsiri olduğundan onun düşmənləri İslamdan istifadə edirlər. Allah insanın əməllərində, içində, düşüncələrində yer tutmalıdır.

Eyni sualı ədəbiyyat haqqında verək. Ümumiyyətlə, kimləri oxuyursunuz, xatirələr yazırsınızmı?

– Ən sevdiyim yazıçılar Rey Bredberi, Corc Oruell, Qabriel Qarsiya Markes, ən sevdiyim əsər Robert Lyuis Stevensonun “Dəfinələr adası” adlı romanıdır.

Azərbaycandan Baba Pünhan, Bəxtiyar Vahabzadə, Məhəmməd Füzuli, Çingiz Abdullayevin əsərlərini bəyənirəm.
Xatirələrə gəldikdə, hərdən yazılmamış kitab yazılmışdan üstün olur.

– Nəhayət, siyasət insanlara dost qazandırır, yoxsa əksinə, dostlarının sayını azaldır? 

– Siyasətdə dostluq yox, maraqlar olur.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

• 10.08.2020, 14:59

“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi oyunun vaxtı AÇIQLANDI

• 10.08.2020, 14:36

Ankara Azərbaycana növbəti dəstək aksiyası – FOTO

• 10.08.2020, 14:35

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə çatır

• 09.08.2020, 14:33

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

• 09.08.2020, 14:29

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

• 09.08.2020, 10:19

İrəvanda həbslər davam edir: Koşetsyan da getdi…

• 09.08.2020, 10:17

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

• 09.08.2020, 10:15

Ermənilər Gürcüstanda iğtişaşlar törətdi: 4 ev yandırıldı

• 09.08.2020, 10:08

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 08.08.2020, 13:48

“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2016
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728
29