Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

Ətraflı

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

Ətraflı

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

Ətraflı

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

Ətraflı

Təhlükənin fərqindəsiniz?

Dünya dəyişir. Körpələr uşaq, uşaqlar gənc olur. Dəyişərək yaşlanırıq. Dünya yaşlandıqca bərbad və çəkilməz bir hala gəlir. Bu «hal»a səbəb olan isə dünyanın özü deyil. Təkcə dəyişməyən, ölülər və dəlilərdir … Dünyanın damarından qan damcılayır. Bu qanı dayandırmaq yerinə, hamı əlindəki qılıncı bir az da vurur dünyanın şah damarına…

***

Əvvəllər, haqlı iddiaları uğrunda düşünən, hərəkətə keçən və hərəkətə çağıran qüvvələr indi inzivaya çəkilib. Dizinin dibində oturulası və ağızından çıxan bir sözə dünyanı yerindən oynadacaq gücləri olan düşüncə sahibləri susublar. Filosoflar Nitşedən sitatlar yazır, bilmədiyimiz filosofların adlarını ard-arda sıralayırlar. Sənətçilər düşünməyi əhəmiyyətli hesab eləmir. Jurnalistlər bir-birinə söz atırlar. Ədəbiyyatçılar «mənə nə?» — girdabındadırlar. Tələbələr dayaz. Küçələr narahat. Sahibkarlar narahat… Belə olanda yolda gedərkən yanından keçdiyimiz canlı cəsədlərin də fərqinə varmırıq. Bir addım o tərəfdə ağlayan bir qadının, bədbəxtliyi gözlərindən oxunan bir uşağın… Heç kimin fərqində deyilik…

***

Güclə və hiylə ilə gəldikləri kreslolarda yayxanıb oturan, güclənəndə əvvəllər yaşadıqları yoxsul günlərinin intiqamını xalqından alan imperialist qüvvələrin qəzəbinə bir animasiya filminə tamaşa edirmişcəsinə tamaşa edirik. Başımızı çevirəndə isə yenə öz dünyamızla, sahib olduqlarımızla, sahib olmaq istədiklərimizlə üz-üzə qalırıq. Xarıbülbülün, Şuşanın ətrinin, Qarqarın səsinin, Xanın səsnin fərqindəsiniz? Fərqindəsiniz yəqin ki, bütün bu möhtəşəm əmanətlərin illərdir gözündən axan yaşın, ürəyindən tökülən qanın… Fərqində olsaydınız… Əşşi, nə isə…

***

Müxalifət iddia edir ki, Azərbaycan inqilabla üz-üzədir. Xalqı küçələrə çağırır. İyirmi ildən çoxdur «Demokratik rejimi təzyiq rejiminə çevirsəniz qiyam millətin qanuni hüququna çevriləcək» — cümlələrinin arxasında gizlənir. Ərəb baharı baş verdi: Tunisdə aləm bir-birinə qarışıb, Misirdə vəziyyət düzəlmək bilmir, Yəmən və İordaniya inqilaba hamilə, Liviyanın nefti daşınır… Ölkəm güclənmək istəyir… Amma bəzi media qurumları buna imkan verməmək üçün bacardığını edir. Oliqarxlar bu ölkədən nəsə umur. Hər səhifəsi bazara çıxarılan media ilə əlbir olub yeni bir layihə meydana gətirmək istəyir… Gəlin, bu şəkilləri yanaşı qoyaq: Bir tərəfdə Liviya və ya Misir, o biri tərəfdə mənim Ölkəm! Bəylər, insaf da dinin yarısıdır axı…

***

Neçə illərdir bunlar qiyam həvəsindədirlər, ağızları tüpürcəklənə-tüpürcəklənə danışır; ölkə başçısını müxtəlif adlarla adlandırmaq kimi axmaqlıqları mədh edən köşə yazarları da hardansa aldıqları qrantların hesabına «bəli, elədir bəy, haqlısınız» — deyərək onlara dəstək verir. İyirmi il bundan qabaq meydanlarda «oturmayan ermənidir!» təfəkkürü ilə yaşayanların, bu gün də eyni təfəkkürlə hadisələrə baxması, insanda təəssüf hissi doğurur. Yəni, sizcə, dünyada baş verən bütün hadisələr həqiqətən bir haqq axtarışı, azadlıq və özünəqayıdış mübarizəsidir? Əvvəl İraqı «təcrid» müharibəsi: səbəbi İraq xalqının azadlığı, mənası isə neftin əldə olunması. Sonra başqaları və sonda Sudan və Liviya… Səbəb yenə xalqların öz azadlığını əldə etməsi. Alt qatındakı məna isə yenə də neft. İyirmi il ərzində, Sudan və çevrəsində «xalqların azadlığı» adı altında başlayacaq «təcrid» müharibəsinin infrastruktur hazırlığı sürətlə davam edir.

***

Türkiyəli düşüncə adamı Alev Alatlı bir yazısında «İqtisadiyyatdan mədəniyyətə, dindən sənətə həyatın hər sahəsinə nüfuz edən qloballaşmadan sonra «müharibə» anlayışı da öz nəsibini alıb və radikal bir şəkildə dəyişib. Dəyişikliklərdən biri, müharibənin artıq bol ulduzlu generallara tender edilən bir məşğuliyyətdən çıxmasıdır. ABŞ-da müharibə yüksək texnologiya istehsal edən şirkətlərin, universitetlərin və ölkənin ən inkişaf etmiş beyinlərini bir yerə gətirən «think-tank»lərin ortaq layihələri kimi ələ alınır» — deyir. Qiyam həvəskarları, xaos çağırışlarına bir «fəth» örtüyü uydurmağa çalışsa da, sürətlə üstümüzə gələn faciənin qorxuncluğuna gözümüzü öyrəşdirməyimiz lazımdır. Bunun üçün dünyada baş verənləri müqayisəli bir şəkildə yan-yana qoyub yenidən və dərindən düşünmək… Heç olmasa, qu tükündən balışlara başınızı söykəyib «əşşi, sən də dayan görək» — deyən beyninizi az da olsa yormaq…

***

Ya da tam tərsi, boş-boş çağırışlar etməyə davam edin. Dövlətçiliyimizin düşmənləri ilə əlbir olun. Siyasət spekulyatorlarının dəyirmanına su tökün. Onlar yüksəlsin, siz altda qalın və canınız çıxsın. Siz ölün, onlar sizin çiyinlərinizin üstündə bir az da hündürdə görünsünlər. Bura Təhrir meydanı deyil axı, xanımlar və cənablar!… Ona görə də şüarlarınızı və bayraqlarınızı auksiona çıxarmayın! Siz gözdən düşmüsünüz onsuz da!

Oqtay Hacımusalı

yknews.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.11.2019, 17:17

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

• 15.11.2019, 16:17

Müxalifətçi gənc Müsavatı yıxıb-sürüdü: Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız

• 15.11.2019, 15:43

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub (FOTO)

• 15.11.2019, 14:17

Bakı məktəblisi ermənini məğlub etdi, qızıl medal qazandı

• 15.11.2019, 14:09

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

• 15.11.2019, 13:20

Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək…

• 15.11.2019, 13:15

“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır”

• 15.11.2019, 13:13

Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar

• 15.11.2019, 13:06

Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı

• 15.11.2019, 12:53

Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib

• 15.11.2019, 12:50

Ermənistan özünə uydurduğu tarixin girovluğunda

• 15.11.2019, 12:45

ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana iki bəd xəbər

• 15.11.2019, 10:09

Atəşkəsi iriçaplı pulemyotlar və snayperlər pozdu – 20 dəfə

• 14.11.2019, 16:00

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR

• 14.11.2019, 15:31

“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”

• 14.11.2019, 15:24

Dariqa Nazarbayeva Yerevana gəlib

• 14.11.2019, 15:22

UEFA “Qarabağ”a 781 min avro ödədi

• 14.11.2019, 15:17

Paşinyan satanistlərlə bağlı tapşırıq verdi

• 14.11.2019, 15:14

Erməni jurnalistlər Bakıya GƏLİR

• 14.11.2019, 15:09

Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib

• 14.11.2019, 15:07

Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə

• 14.11.2019, 9:52

Atəşkəs 21 dəfə pozuldu

• 13.11.2019, 18:14

ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar

• 13.11.2019, 16:12

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: Onun haqqında nə deyilirdi?

• 13.11.2019, 16:08

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2016
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728
29