Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

Ətraflı

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

Ətraflı

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

Ətraflı

ABŞ-ın Ermənistandakı səfiri: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Ətraflı

Turan Sivilizasiyası: mifdən gerçəkliyə doğru

“Turan” anlayışı özündə böyük bir sivilizasiyanı (Site), ya da uyğarlığı (Uyğur) gizlətmişdir. Bu elə bir sivilizasiyadır ki, onun  əsil mahiyyəti üzə çıxmadan dünya tarixi heç zaman yalan-palandan xilas ola bilməyəcək. Bu gün Turan Sivilizasiyası mifologiya, din, tarix və elm-fəlsəfə baxımından daha çox birinciylə məhdudlaşdırlır. Turan mifologiyası isə daha çox qeyri-Türk ənənə üzərində qurulmuşdur. Məsələn, yadelli Zərdüştün “Avesta”sında ya da, Firdovsinin “Şahnaməsi”ndə Turan və Turanlılar/Türklər xeyirə qarşı şərin, ədalətə qarşı zülmün, böyüklüyə qarşı kiçikliyi ifadə etmək üçün ortadadır. Bu indiki qərblilərin “Sivil Qərb” və “Vəhşi Şərq” dəsti-xəttiylə səsləşir.  İndiki Qərb alimlərini gördüyü bu işi o zaman Zərdüşt kimliləri Arian və Turanian, Firdovsi İran və Turan anlamında şüurlara yeritmişlər. Görünən odur ki, birilərinin zaman-zaman mədəni, uyğarlıq libasına bürünmək üçün digərilərini aşağılamaq kompleksi olmuşdur.  Bu kompleks aradan qaldırmaq isə hələ mümkün olmamışdır.

Bizi maraqlandıran məsələ, “Turan mifologiyası”nı çözərək, onun din, tarix və elm-fəlsəfə baxımından dəyərləndirməkdir. “Turan” əbədiyyətə qədər mif, ya da mifoloji bir anlam daşıya bilməz. Üstəlik, “Turan”ın mifdən uzağa getməməsi üçün çalışan yadelli mədəniyyətlərin, uyğarlıqların daşıyıcılarını təqlid etməkdən yan qaçmalıyıq. Bir şey aydındır ki, yadelli mədəniyyətlərin alimləri (Avropa, Rusiya, Çin, İran, Ərəb və b.) araşdırmalarında nə zaman “Turan” gerçəkliyini görmüşlər, o zaman mümkün qədər bunu ört-basdır etməyə çalışmışlar. Çünki “Turan”ın mifdən dinə, dindən isə elm-fəlsəfəyə yönəlməsi, artıq onu tarixə çevrir. Bu isə artıq mədəniyyətdən də ötə, bir sivilizasiya, Turan Sivilizasiyası deməkdir. Qərb alimlərinin bu gün elmi araşdırmalarla ortaya qoyduqları bir çox sivilizasiyalar (Şumer, Misir, Çin, İran, Yunan-Roma, Ərəb vəb.) ya Turan/Turqian sivilizasyasından qaynaqlanmış, ya da elə onun özü olmuşdur. Bu anlamda Turan sivilizasiyasının mövcudluğunu qəbul etmək çox şeyi dəyişdirə bilər. Özəlliklə, indiki “Qərb sivilizasiyası”nın demokratikliyini, əvəzsizliyini, mükəmməliyini sarsıda bilər. Eyni zamanda Turan Sivilizasiyasını öz içində əritməyə çalışan Qərb/Avropa, Rus, Çin, İran və Ərəb mədəniyyətlərinə qarşı yeni bir dünyagörüş, Türk-Turan dünyagörüşü ortaya çıxa bilər. Bunu, doğru analiz edən Tatarıstan aydını R.Muhametdinov yazır: “Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropa-mərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış da olsa tamamən çürüdülməsi üçün daha da çalışmamız lazım. Prototürkləri (Turanı, Turanlıları – F.Ə.), dünyadakı ilk uyğarlıq olaraq bilinən Şumer  uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”.

Şübhəsiz, Turan uyğarlığının “kəşf” olunması, yeni Türk dünyagörüşünün oluşdurulması bizim əsas hədəfimizdir. Əks təqdirdə Qərb, Rus, Çin, İran, Ərəb mədəniyyətləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bu anlamda Türk dünyagörüşü mədəniyyətdən də ötə olan bir uyğarlığa dayanmalıdır. Bütün Türk-Turan xalqları Turan uyğarlığında bütünləşməlidirlər. Çünki uyğarlıq həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Başqa sözlə, Türk-Turan uyğarlığında müxtəlif dinlərə tapınmış, müxtəlif mədəniyyətlər yaşamış Türk-Turan xalqları bir araya gəlmiş olurlar.

Bir məqama diqqət yetirək ki, son əsrlərdə Türk mədəniyyəti daha çox Türk-İslam mədəniyyəti kimi qələmə verilmişdir. Biz, bunu çox da doğru görmürük. Hətta, əksinə “Türk-İslam” anlayışı əsil Türk-Turan mədəniyyətini demək olar ki, kölgədə qoymuşdur. Yəni “Türk-İslam mədəniyyəti” anlayışının fonunda “Türk-Turan mədəniyyəti” anlayışı bütün anlamlarda özünü ortaya qoya bilməmiş, sadəcə İslam mədəniyyəti içində varlığını göstərmişdir. Ancaq biz türklər Orta Çağ mədəniyyətimizi bir qayda olaraq “Türk-İslam mədəniyyəti” dediyimiz halda, bununla yanaşı “İran-İslam”, ya da “Fars-İslam”, “Ərəb-İslam” mədəniyyətləri qavramını çox da görmədik. Bizcə, İslam dininə dayalı “Türk-İslam mədəniyyəti” qavramını daha çox türklər üstlənmişlər. Halbuki bir Hind mədəniyyəti Buddizm, İran mədəniyyəti Zərdüştizm, Anqlo-Sakson  mədəniyyəti Xristian mədəniyyəti olmadığı kimi, Türk mədəniyyəti də yalnız İslam mədəniyyəti anlamına gələ bilməz. Ancaq  o başqa məsələdir ki, Orta Çağda İslam dininə daxil olan Türk xalqları (Türk xalqlarından az bir qismi digər dinlərə tapınmışlar) müsəlman kimliyi ilə milli kimliyini bərabər tutmuş, bu anlamda Türk adına yapdıqlarını İslam mədəniyyətinə yazmışlar. Əslində bir millətin hər hansı dinə tapınması onun olmuş, olan mədəniyyətinin aradan qaldırılması demək deyil, sadəcə ona yeni bir rəng, məna qatması anlamındadır. Bu anlamda Türk-Turan xalqlarının əksəriyyətinin İslam dininə tapınmasını uğurlu sayanlarla o anlamda razılaşırıq ki, Türk-Turan irqi din anlamda ideoloji düşmənçilikdən xeyli dərəcədə uzaqlaşdı. Ancaq sonralar İslam dinindən qaynaqlanan məzhəb qovğaları (şiəlik, sünnilik) “Türk-İslam mədəniyyəti”ni yenə də zədələmişdir.

Hər halda, Osmanlının (özəlliklə 16-ci əsrdən başlayaraq), Səfəvilərin və Qacarların (18-19-cu əsrlər) son dönəmlərində Türk mədəniyyəti az qala tamamilə yaddan çıxmış, bu ölkələr Türk dövlətləri də olsa əsas mədəniyyəti və ideolojisi İslamlıqla, İslam mədəniyyətiylə bağlı olmuşdur. Dogrusunu desək, son dönəmlərdə Osmanlı İslam mədəniyyəti adı altında yarıərəbləşmiş, Bizans mədəniyyəti altında yarıavropalaşmış, bir sözlə kosmopolitləşmiş, Qacarlar isə “şiəlik” adı altında İslamlığın, “zərdüştizm”ə dönüşlə isə Hind-Avropa mədəniyyətinin/ariliyin təsrinə məruz qalmışdır. Deməli, Qacarların və Osmanlının devrilməsində də onların Türk-Turan mədəniyyətindən uzaqlaşaraq əsasən İslam mədəniyyətinə, qismən də Hind-Avropa mədəniyyətinə üz tutması mühüm rol oynamışdır.

Ümumiyyətlə, Türklərin İslam dinini qəbul etdikdən bir neçə əsrdən sonra “Türk-İslam mədəniyyəti”nin daha çox İslam dini üzərində köklənməsi, bunun 20-ci əsrin əvvələrinə qədər davam etməsi, həmin dönəmdən sonra isə Türk-Turan mədəniyyətindən çox Qərb mədəniyyətinə aşırı meyil göstərməsi ciddi problemlərdənir. Bu azmış kimi son zamanlarda Türk-Turan xalqları aydınları arasında Qərb mədəniyyətinə alternativ kimi daha çox İslam mədəniyyəti irəli sürüıür. Doğrusu, Türk-Turan xalqlarının Qərb-Xristian mədəniyyətiylə Şərq-İslam mədəniyyəti arasında seçim etmə durumunda qalmasının doğru görmürük. Çox maraqlıdır ki, Qərb mədəniyyəti Türk-Turan xalqları üçün demokratiklik, sivillik, tolerantlıq, liberallıq anlamında cəlbedici göründüyü halda, İslam mədəniyyəti isə ümmətçilik, əxlaqlıq, mühafizəkarlıq, mənəviyyatlılıq baxımından ortaya qoyulur. Belə olduğu təqdirdə Türk-Turan xalqlarının aydınları çıxış yolunu İslam mədəniyyətiylə Qərb mədəniyyətinin uzlaşmasında axtarırlar.

Təxminən bir əsr yarımdır ki, əsasən Türk xalqları aydınlarını və böyüklərini (Əli Suavi, Həsən bəy Zərdabi, Əli bəy Turani (Hüseynzadə), Ziya Gökalp, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Atatürk, Məhəmməd Əmin Rəsulzadə və b.) əsas düşündürən problem də Qərb mədəniyyəti və dəyərləriylə, İslam mədəniyyəti və dəyərlərini necə uzlaşdırmaq, ortaq yolu tapmaq olmuşdur (Türklük, İslamlıq və Müasirlik-Qərbçilik). Bu gün də aşağı-yuxarı eyni xətt davam etidirilir. Şübhəsiz ki, “mədəniyyət” dəyişməsi anlamında məsələnin öncədən bu cür qoyuluşu doğru olmamışdır. Ancaq müsəlman kimliyi, İslam mədəniyyəti içində Türk əxlaqını, Türk fəlsəfəsini, Türk ədəbiyyatını əridən Türk xalqlarının başqa bir seçim etmələri doğrudan da çox zor idi. Osmanlıda, Qacarlarda böhran dönəmi başlayınca, Türk aydınlarının bir qismi (A.A.Bakıxanov, N.Kemal, M.A.Ersoy, Q.Qarabəyov, Ə.Axundoğlu və b.) bu problemin kökünü İslamdan qaynaqlanan xurafatda, cəhalətdə, avamlıqda, dini şarlatanlıqda axtararaq, onu yalnız İslam mədəniyyəti, İslam fəlsəfəsi içində aradan qaldırmağı düşündüyü halda, Türk aydınlarından ikinci qismi (M.F.Axundzadə, Nuri və b.) isə nicat yolunu İslam dinindən, İslam mədəniyyətindən tamamilə imtina edərək Qərb mədəniyyətini mənimsəməkdə, qərbləşməkdə görmüşlər. Şübhəsiz, hər iki cərəyanın mahiyyətində Türk mədəniyyətini ya tamamilə önəmsəməmək, ya da çox az önəmsəmək olmuşdur.

Məhz bundan irəli gələrək, ötən 150 il ərzində Türk aydınları arasında zəif də olsa, İslamlıq və Qərbçilik cərəyanlarıyla yanaşı, Türk mədəniyyətini, yəni Türklüyü, Turançılığı irəli sürənlər də tapılmışdır. Ilk dövrlərdə Türklüyü, Türk mədəniyyətini irəli sürənlər məcburən, dövrün reallıqlarına uyğun olaraq onu ya İslamçılığın, ya Qərbçiliyin, ya da hər ikisinin köməkçi tərkib hissəsi kimi görmüşlər. Ötən bu dövrdə Türklük əsasən İslamlığı, bəzən də Qərbçilik cərəyanını  gücləndirmək, əsaslandırmaq üçün önəmli olmuşdur (Ə.Hüseynzadə, Ə. Ağaoğlu, Ziya Gökalp, M.Ə.Rəsulzadə və b.). Yəni Türküstanın, Osmanlının, Qacarların süqutundan sonra da Türk mədəniyyəti İslam mədəniyyəti və Hind-Avropa mədəniyyətinin (Qərb mədəniyyəti) önünə keçə bilməmişdir. Məsələn, Qacarların, Osmanlının yerində uyğun olaraq qurulan Pəhləvilər, Azərbaycan və Türkiyədə bu dəfə Qərb mədəniyyəti önə çıxmış, yalnız bunun fonunda Pəhləvilərdə əski İran-Fars mədəniyyətinə, Azərbaycan və Türkiyədə isə Türk-Turan mədəniyyətinə meylilik özünü göstərdi. Başqa sözlə, Osmanlılar və Qacarlar dönəmində İslam mədəniyyəti əsasında az da olsa, Türk mədəniyyətinə üz tutanlar, Pəhləvilər, Azərbaycan və Türkiyə dönəmində Qərb mədəniyyəti üzərindən milli mədəniyyətin təbliğinə başladılar. Hətta, bunu fransız milliyətçliyindən irəli gələn mədəniyyət kimi yozdular. Təbii ki, Pəhləvilər farsyönlü olduqları üçün Türk aydınları burada həm Qərb mədəniyyətinə, həm də İran mədəniyyətinə qarşı mücadilə vermək zorunda qaldılar. Üstəlik, İslam mədəniyyəti Qərb mədəniyyətiylə müqayisədə özünün əski gücünü bir qədər azaltsa da, amma “İran”, Azərbaycan  və  Türkiyədə öz nüfuzunu qoruyub saxlayırdı. Bunu, o zaman müxtəlif ölkələrdə yaşayan Türk xalqlarına da aid etmək olar.

Türk-Turan mədəniyyətinin yenidən doğuşu Türklərin öz kimliklərini Şərq-İslam və Qərb-Xristian mədəniyyətləri arasında yox olması təhlükəsindən irəli gəlmişdir. Başqa sözlə, Türk-Turan mədəniyyətinin yenidən doğuşuna səbəb müsəlman ölkələrinin tənəzzülü, ya da Qərb ölkələrinin inkişafından çox milli kimliklərinin, milli mədəniyyətlərinin yox olma, aradan qaldırılma təhlükəsi olmuşdur. Yəni Türk-Turan mədəniyyətinin yenidən doğuşunu nə “Fransız milliyətçiliyi”, nə də “İslam mədəniyyətinə” qarşı olan bir mədəniyyət kimi bağlamaq doğru deyildir. Türk-Turan mədəniyyətinin yenidən dirilişində özünün təhlükə qarşısında olması həlledici rol oynamışdır. Bunun meydana çıxmasında isə Türk-Turan xalqlarının ancaq “İslam mədəniyyəti”, müsəlman kimliyi içində tamamilə əriməsi  təhlükəsiylə yanaşı, eyni zamanda Hind-Avropa mədəniyyətinin təsiri də az olmamışdır. Bu anlamda ilk dövrlərdə çox ehtiyatla İslam mədəniyyəti və Qərb mədəniyyətiylə yanaşı, Türk mədəniyyətini irəli sürənləri də, onların bu yolunu davam etdirərək Türkçülüyü İslamlıq və Qərbləşməklə, uzlaşdırıcı anlamında eyni sıraya qoyanları da yaxşı anlayırıq (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Ziya Gökalp, M.Ə.Rəsulzadə, Mustaka Kemal Atatürk  və b.).

 

Ancaq bütün bunların Türk-Turan mədəniyyətinin Türk-Turan xalqlarının dünyagörüşündə yetərli olmadğı qənaətindəyik. Çünki ötən dönəmdə Türk-Turan mədəniyyətini İslamlıq və Qərbçiliklə eyni sıraya yerləşdirə bilsək də, amma onların təsirindən uzaqlaşdırmaq, təsir dairəsindən çıxarmaq mümkün olmamışdır. Buna örnək, günümüzdə “Türk-İslam mədəniyyəti”, “Türk-İslam” ülküsü ilə yanaşı, qərbsayağı Türk tarixindən, Türk ədəbiyyatından, Türk fəlsəfəsindən bəhs etməyimizdir. Ərəblər ilkin İslam mədəniyyətininin (Ərəb Xilafəti), Hindlilər Brəhmənizm-Hinduizm mədəniyyətinin, Yəhudilər İudeyanın-İsrail mədəniyyətinin, Farslar İran-Zərdüşt-Sasani mədəniyyətinin, Avropalılar Yunan-Roma mədəniyyətinin nisgilini yaşayaraq, özlərini yenidən ifadə etməyə çalışdıqları bir zamanda Türk-Turan xalqlarının İskit, Hun, Midiya, Göktürk, Xəzər, Səlçuqlar və başqa mədəniyyətləri necə ümumiləşdirməsi problem olaraq qalır. Bu problem qaldığı üçün dünyada Hind, İslam, İran, Yunan, Roma, Misir və başqa  mədəniyyət­lər ortada olduğu, hətta bu mədəniyyətlər sivilizasiya səviyyəsinə qaldırıldığı halda, dünya tarixində Türk-Turan mədəniyyətinin izi tozu belə yoxdur.

Ancaq biz qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox “Türk-Turan” damğası var. Bunu, biz turanlılardan/türklərdən çox Avropa alimlərin daha yaxşı bilməsi qənaətindəyik. Ən azı ona görə ki, “Türk-Turan sivilizasiyası”na aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb/Avropa alimlərinin əllərindədir. Dünya tarixini, dünya mədəniyyətini yönətən də Qərb/Avropa elmi olduğu üçün, ancaq oradan gələn bir fikirə möhtac qalmışıq. Amma  Qərb/Avropa alimləri ya dünya elmində “Türk-Turan” damğasını ya görmək istəmirlər, ya da görüdüklərini Hind-Avropa mədəniyyəti  adına yazaraq mümkün olduğu qədər tarixi saxtalaşdırmağa çalışırlar. Bu anlamda heç bir ciddi əsas olmadan Şumerin, Midiyanın mədəniyyəti də, tarixi də Hind-Avropa mədəniyyətinin, ya da Arilərin adına çıxılır. Avropa/Qərb alimlərinə inansaq dünyada ilk mədəniyyətin, ilk təktanrılıq ideyasının da müəllifləri də Hind-Avropa mədəniyyətinin daşıyıcıları, yəni Arilərdir (Avropalılar, İranlılar, Hindlilər və b.). Onlar ilk mədəniyyət, ilk təktanrıçılıq ideyalarının başlanğıcı məsələlərində də özlərinə az-çox rəqib kimi Samiləri (Yəhudiləri, Ərəbləri və b.) görürlər.

“Avropa mərkəzçilər”in ən əski  mifoloji, dini və sivil mədəniyyətin, bir sözlə qədim sivilizasiyaların kökünü əsasən Arilikdə, qismən də Samilikdə axtarılması heç də təsadüfi olmamışdır. Bizcə, kökü daha qədimlərə gedib çıxan, ancaq “Avropa mərkəzçilər” tərəfindən qismən 18-ci əsrdə, əsasən isə 19-cu əsrin başlarından ortayan çıxarılan ideologiyanın tərkib hissəsi kimi Arilik və Samilik məqsədli xarakter daşımışdır.  Onların əsas hədəfi də bir tərəfdən tarixin dərinliklərin içindən Avropa mədəniyyətini, Avropa sivilizasiyasını axtarıb çıxarmaq, bununla da Avropa/Qərb Sivilizasiyasını əsaslandırmaq olmuşdursa, digər tərəfdən Ərəbləri (Ərəb Xilafəti) və Farsları (Əhəmənlər və Sasanlar) əski mədəniyyətin sahibləri kimi oyadaraq Türk-Turanın ruhunu az da olsa, yaşadan Qacarları və Osmanlını devirmək olmuşdur. Deməli, “Avropa mərkəzçilər” Samilik və Ariliyi gündəmə gətirməklə yalnız Qərb sivilizasiyasının mahiyyətini əsaslandırmağı deyil, bununla yanaşı Osmanlının hakimiyyəti altında yaşayan Ərəblər və Yəhudilər arasında uyğun olaraq Vəhabiliyi, Sələfiliyi, Semitizmi/Yəhudiliyi Səfəvi/Qacarların nüfuz dairəsində olan Farslar və digər farsdillilər arasında isə Zərdüştlüyü/Ariliyi təbliğ etmişlər. Burada “Avropa mərkəzçilər”in əsas hədəfi öz maraqlarına uyğun olaraq Osmanlı və Səfəvilər/Qacarların hakimiyyəti altında yaşayan ərəblərin, yəhudilərin, farsların, ermənilərin mədəni, sivil və əski bir xalqlar olduğu halda, amma onların idarə edən Türklərin vəhşi, barbar və mədəniyyətsiz xalq olduğunu şüurlara yeritməyə çalışmışlar. Təsadüfi deyil ki, “Avropa mərkəzçilər”in, özəlliklə Anqlo-Saksonların Osmanlıda apardığı bu siyasət nəticəsində ilk öncə Ərəblər (Səudiyyə Ərəbistanı) öz dövlətlərini yaratmış, daha sonra Qacarlar hakimiyyətdən düşürülərək (1925) onların yerinə Pəhləvilər gətirilmişdir.

Deməli, Qərb/Avropa sivilizasiyasını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini tapmaq məsələsində “Avropa mərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Avropa Sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri özünküləşdirməyə çalışdığı halda, digər tərəfdən həmin mədəniyyətləri “Türk-Turan mədəniyyəti”nə qarşı qoymağa çalışmışlar. Çünki Avropa Sivilizasiyasının Yunan-Romadan başlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiy­yətini itirməyə başlamışdı.  Belə  olduğu təqdirdə, Avropa/Qərb alimlər dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşdü. Avropa/Qərb alimlərinin bu niyyəti “Ariliy”in, ya da Hind-Avropa nəzəriyyəsinin əsasənə qoymuşdu. Bu nəzəriyyənin köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutulmuşdu. Beləliklə, 19-cu əsrdən etibarən “Avropa mərkəzçilik” tərəfdarları nəyin bahasına olursa olsun, Hind-Avropa nəzəriyyəsini əsaslan­dırmağa başlamışlar.

Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan avropalı alimlər öz qədim köklərini, qədim mədəniyyət izlərini araşdırarkən qarşılarına böyük bir Türk-Turan mədəniyyəti çıxmışdı. Bəlkə də, bu qədər böyük və dərin bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyilə qarşılaşacaqlarını gözləməyən Avropa alimlərinin əksəriyyəti də çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Ona görə də, Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək “Ural-Altay” teorisi ni ortaya atmışlar. Onlara “Ural-Altay” teorisi bir tərəfdən türklərin digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asya və Mərkəzi Asiyadan uzaq tutmaq üçün lazım idi.

Bu anlamda əski Turan Sivilizasiyasının “kəşf”i dəfələrlə saxtalaşdırılmış dünya tarixinin “Avropa mərkəzçilik” konsepsiyasının, o cümlədən həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa/Arilik nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” teorisinin də ifşasıyla bağlıdır. Əslində Hind-Avropa nəzəriyyəsinə alternativ olan “Ural-Altay nəzəriyyəsi” deyil, Türk-Turan nəzəriyyəsidir. Çünki “Ural Altay nəzəriyyəsi” həm dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından Hind-Avropa nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay nəzəriyyəsi” “Avropa mərkəzçilik” konsepsiyasının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Türk-Turan alimi Oljas Süleymenov “Az-YA” kitabında yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”.

Deməli, ən azı 19-cu əsrdən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, bu nəzəriyyələrini əsaslandırarkən özlərinə əsas rəqib olaraq “Türk-Turan” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması Avropa mərkəzçilərə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin (Avropa mərkəzçilərin-F.Ə.) təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyindən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan  iranlılardan götürülmə olduğunu elan etdilər”. Ona görə də, Süleymenovla tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyinlərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”.

Hesab edirik ki, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropa mərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin mövcudluğu Türklərin/Turanlıların Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsilə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropa mərkəz­çiliy”in uydurduğu “Ural-Altay nəzəriyyəsi”nin gerçək üzü Türk-Turan nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi “Avropa mərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniyyətinə qarşı gerçək bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.

Faiq Ələkbərov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.11.2019, 14:35

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

• 12.11.2019, 10:19

Cəbhədə atəşkəsi snayperlər pozdu – 23 dəfə

• 12.11.2019, 10:14

Fərhad Abdullayev: Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub

• 08.11.2019, 11:21

Baş prokuror Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək

• 08.11.2019, 11:20

DSX rəisi və Hərbi prokuror Ermənistanla dövlət sər­hə­dində olub (FOTO)

• 08.11.2019, 11:19

Bayrağımız – milli qürur mənbəyimiz

• 08.11.2019, 10:06

Atəşkəs 21 dəfə pozulub

• 07.11.2019, 17:12

Fuad Muradov: “Biz məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik”

• 07.11.2019, 17:01

Yerevanda ölmüş hərbçilərin anaları etiraz aksiyası keçirdi

• 07.11.2019, 15:10

Koçaryan yenə həbsdə qaldı

• 07.11.2019, 15:09

Paşinyan 15 ayda 10-cu dəfə Rusiyaya gedir

• 07.11.2019, 15:07

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli

• 07.11.2019, 15:04

Azərbaycanla bağlı VIII əsrə aid şok sənəd

• 07.11.2019, 14:19

Ermənistanın məhvi planı işə düşdü – Prezidentin keçmiş köməkçisi 10 il öncə hazırlanan PLANI AÇDI

• 07.11.2019, 13:18

ABŞ Paşinyana əvəz axtarır – Qarabağ da gündəmdə

• 07.11.2019, 13:15

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib

• 07.11.2019, 13:10

Ermənilər gedir, hindistanlılar gəlir – Ermənistanda milli tərkib sürətlə dəyişir

• 07.11.2019, 9:45

Atəşkəs 23 dəfə pozuldu

• 06.11.2019, 18:01

Azərbaycan Rusiyaya etiraz notası göndərdi

• 06.11.2019, 16:55

Almaniyada qondarma “soyqırım” abidəsi ucaldıldı: Türk dünyasına qarşı yeni ittiham…

• 06.11.2019, 16:40

Avropada “Artsax”a həsr olunmuş əskinaslar dövriyyəyə buraxılacaq – TƏXRİBAT

• 06.11.2019, 15:08

Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb

• 06.11.2019, 14:16

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

• 06.11.2019, 14:08

Tramp administrasiyası “erməni soyqırımı”nın tanınmasına qarşı çıxdı

• 06.11.2019, 14:02

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2016
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031